Ayətullah Xamenei İranın Statistika Təşkilatının rəsmiləri ilə görüşüb

Ayətullah Xamenei İranın Statistika Təşkilatının rəsmiləri ilə görüşüb

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei   dəqiq, elmi və ölçülmüş statistika və məlumatları İran İslam Respublikası üçün yetərli qərarların verilməsində əsas sütun adlandırıblar.
 
Maide.Az xəbər verir ki, Ali Rəhbər  Ayətullah  Xamenei çərşənbə axşamı günü Əhalinin və Mənzillərin Siyahıyaalınma Qərargahının rəsmilərini, İranın Statistika Təşkilatının direktorlarını və Ali Şurasının üzvlərini qəbul edib. 
 
Əhalinin siyahıyaalınmasının əhəmiyyətini qeyd edən Ali Rəhbər vətəndaşlara üzünü tutaraq deyib: Bütün İran vətəndaşları bu siyahıyaalınmada ciddi şəkildə iştirak etməlidirlər. “İran vətəndaşları ölkədə düzgün, yerində və yararlı qərarların verilməsi üçün, bu önəmli layihədə iştirak etməklə yanaşı ehtiyac duyulan statistika və məlumatları dəqiq şəkildə statistika qurumlarına verməlidirlər.”
 
Ayətullah Xamenei İranda statistika qurumlarının rəhbərliyinə xitabən bildirib ki, statistikalarda da mövcud vəziyyət bəyan olunmalı, dəyişikliklər prosesi müəyyənləşməlidir ki, dəyişikliklər sürətinin çox yuxarı olduğu hazırkı dövrdə ölkə rəsmiləri proseslərin dəyişikliyindən xəbərsiz qalmasınlar.
 
Ayətullah Xamenei ölkədə elm təməlli iqtisadiyyatda statistikanın əhəmiyyətinə toxunaraq deyiblər: Ölkənin inkişaf yolu olan elm təməlli iqtisadiyyat savadlı və yaradıcı insan resursuna arxalanıb və aydınlaşmalıdır ki, iqtisadiyyat və texnikanın hər bir sahəsində hansı sayda gənc və istedadlı kadr çalışır və fəaliyyət göstərir.
Ayətullah  Xamenei Müqavimət İqtisadiyyatında statistikanın rolunu təyinedici adlandırıb və əlavə edib ki,ölkənin problemlərinin həqiqi həll yolu müqavimət iqtisadiyyatıdır və əgər dünyanın bütün yolları da açılarsa, iqtisadiyyat daxildən qaynaqlanmazsa, sonda bu proses məğlub olmuş prosesdir.
 
Ayətullah Xamenei  həmçinin 20 illik perspektiv sənədi və İranın makro siyasətləri kimi önəmli sənədlərin nəticələrinin dəyərləndirilməsini statistika mərkəzinin əsas vəzifələrindən adlandırıb və xatırladıb: Statistika mərkəzi həm siyasətlərin reallaşmasını araşdırmalı, həm də siyasətlərin icrasının nəticələri barəsində rəyini bildirməlidir. Belə ki, nəticələrin ürəkaçan olmadığı halda siyasətlərə yenidən baxılsın və islah edilsin.
 

 

Google+ WhatsApp ok.ru