Ayətullah Xameneinin gənclərin izdivacı barədə tövsiyələri

Ayətullah Xameneinin gənclərin izdivacı barədə tövsiyələri

 
Ailə qurmağa mane olan yanlış ənənələr
 
Ali Rəhbər Ayətullah Xameneinin çıxışlarında gənclərin ailə qurmasına mane olan 8 əsas amil, yanlış ənənə qeyd edilir:
 
1. Ağır mehriyyə (başlıq). Ağır mehriyyə cahiliylət ənənəsidir.
2. Ağır, qiymətli cehiz. Xanım Zəhranın (s.ə) belə ağır cehizi olmayıb.
3. Dəbdəbəçilik. Dəbdəbəli icdivac üçün yarışa girmək zərərə aparır.
4. İsraf. İsraf haramdır. Ətrafda yoxsul insanlar varkən artıq xərclər üzücüdür.
5. Bahalı yerlərdən alış-veriş. İzdivac üçün bahalı yerlərdən alış-veriş etməyin.
6. Bahalı salonlar. Evdə darısqallıq olduğu zaman şadlıq sarayında mərasim keçirməyin eybi yoxdur. Amma bahalı salonlara üz tutmaq çətinlik yaradır.
7. Bahalı geyimlər. Bir dəfə geyiləcək paltara böyük pul vermək ağılsızlıqdır.
8. Tərəflərin özünü göstərməsi. Var-dövlətinizi bir-birinizin gözünə çəkməyin. (vilayet.info) /

Google+ WhatsApp ok.ru