Ayətullah Xamenei 500-dən çox məhbusu əfv etdi

Ayətullah Xamenei 500-dən çox məhbusu əfv etdi

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Qurban və Qədir-Xum bayramları münasibətilə həbsdə olan 582 nəfərin əfv olunması barədə fərman imzalayıb.
 
Maide.Az xəbər verir ki,  əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
 
İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Qurban və Qədir-Xum bayramları münasibətilə Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 582 məhbusun əfv edilməsi xahiş olunur. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
 
Qeyd edək ki, oktyabrın 20-də Qədir-Xum bayramı qeyd olunacaq.

Google+ WhatsApp ok.ru