Ayətullah Xamenei: Mənim gələcəklə bağlı heç bir narahatçılığım yoxdur - YENİLƏNİB (FOTO)

Ayətullah Xamenei: Mənim gələcəklə bağlı heç bir narahatçılığım yoxdur - YENİLƏNİB (FOTO)

(Ayətullah Xameneinin çıxışı əlavə olunub) 
 
Xəbər verdiyimiz kimi, bu gün İslam İnqilabı Keşikçilər Korpsunun (SEPAH) komandirləri və məsul şəxsləri  Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə görüşüb. 
 
Maide.Az xəbər verir ki, görüşdə çıxış edən Ali Rəhbər Ayətullah Xamenei Sepahı İnqilabın möhkəm səngəri, daxili və xarici təhlükələrdən müdafə göstəricisində əsas amil, ölkənin inkişafı üçün ehtiyac olan və dəyərlərin qorunması uğrunda mövcud olan ən üstün mahiyyət adlandırıb.
“İslam Respublikasının yumşaq gücünün ən önəmli  əsaslarından biri  hegemon güclər, onların başında Amerikaya  mütləq inamsızlıq. Bu  inamsızlıq gündən günə  artmalıdır. Təssüflər olsun ki, bəziləri bu inamsızlığı  qəbul etmək istəmirlər. Baxmayaraq ki, zahirdə deyirlər Amerika düşməndir lakin onların Amerikaya qarşı həqiqi  inamsızlığı yoxdur.  İnsanda qarşı tərəfə  həqiqi düşmənçilik və inamsızlıq olarsa, müzakirələrdə və görüşlərdə bu hissinə uyğun davranacaq və qarşı tərəfin dediklərini  heç bir şəkildə qəbul etməyəcək. Amerikaya  mütləq inamsızlıq dərin təfəkkür, təcrübə və ağılın nəticəsidir. Amerikanın  düşmənçiliyini İnqilabdan sonrakı illərdə davamlı olaraq son nüvə müzakirələrində və digər məsələlərdə görümüşük.  Məşrutə dövründə  İngilislərə inam yarandıqdan və yol onların səfirliyinə yönəldikdən sonra əsas zərbə vuruldu və nəticəsi bu oldu ki, ölkə 75 il geri düşdü“.
 
Ayətullah Xamenei  regionun bəzi ölkələrinə xitab edərək bildirib ki, əgər oyaq olmasanız,  Amerika sültəsi sisteminin hiylələrini anlamasanız, onların təbəssümlərinə aldansanız, sizdə mümkündür ki, 50 və ya 100 il geri düşəcəksiz.  “Əgər bu gün biz  amerikalılarla müzakirə və onların müxtəlif vəsvəsələri üçün yol açsaq, onların ölkəyə gizli və aşkara nüfuz etməsinə şərait yaratmaqla yanaşı həm də ölkənin həqiqi inkişafının qarşısını almış oluruq və ölkə geridə qalmış olur. Amerikalılar təkidlə istəyir ki, biz onlarla birlikdə Qərbi Asiya regionu məsələlərini, xüsusi ilə  Suriya, İraq, Livan və Yəmən məsələlərini müzakirə edək;  Bu muzakirələri istəməkdən onların əsas məqsədi nədir? Onların məqsədi budur ki, İran İslam Respublikası regionda ABŞ-ın hədəflərinə çatmamasındakı əsas iştirakından uzaqlaşsın.  Amerika ilə müzakirə faydasızdır və ziyanlıdır. Bu məsələ dəlilləri ilə ölkənin məsul şəxslərinə bildirilib və onlar da bunu qəbul ediblər. Müzakirə düşmənçiliyi azaltmır və nüfuz üçün zəmin yaradır."
 
Ayətullah Xamenei deyib ki, düşmən var gücü ilə çalışır ki ölkədə sabitsizlik yaratsın. “Deməli  Silahlı Qüvvələrın bütün bölmələri, adiyyatı qurumlar bu sabitliyi bu günkü qarışıq dünyada ən önəmli nailiyyət kimi  qorumalıdırlar.”
 
Ayətullah Xamenei bildirib ki, yaşayışın təhlükəsizliyinin təminindən başqa  mədəniyyət və düşüncə sahəsində də təhlükəsizliyin təmin olunması önəmlidir.  Sepah bu sahələrin hamısında əsas rol oynamalıdır. 
 
Ayətullah Xamenei  "təhlükəsizlik" məsələsini son dərəcə önəmli və ictimaiyyətin maddi və mənəvi inkişafına zəmin yaradan amil adlandırıb və deyib ki, Sepah-ın vəzifələrindən biri daxili və xarici təhlükəsizliyi təmin etməkdir. Əgər xarici təhlükəsizlik təmin edilməzsə, düşmənin qarşısı ölkə sərhədlərindən kənarda alınmazsa, daxili sabitlik də məhv olar. 
 
Ayətullah Xamenei deyib ki, Sepah təhlükəsizliyin təmini və müdafiə sahəsindəki fəaliyyəti iləyanaşı digər sahələrdə o cümlədən quruculuq, tikinti, yoxsullara  xidmət etmək, mədəniyyət, incəsənət, inqilabi düşüncə istehsalı sahələrindədə təsiredici rol oynamalıdır. 
 
Ayətullah Xamenei son günlər bəzi şəxslərin ölkələrin inkişafı üçün müdafiə sənayesi yığışdırılmasına dair deyilən sözlərə (Bir müddət öncə İran rəsmilərindən biri  görüşlərinin birində bildirmişdi ki, Yaponiya öz müdafiə sənayesinə ayırdıqları vəsaiti kənara qoyduqdan sonra inkişaf etdilər, bizdə müdafiə sənayesini bir qırağa qoymalıyıq) münasibət  bildirib və deyib ki, əlbəttə mən bu sözün nisbət verilən şəxs tərəfindən deyildiyinə inamıram və buna inanmaq çox çətindir. Amma əgər deyilibsə çox böyük bir səhvdir. “Onlar məgər öz hərbi güclərini artırmağı öz istəklərilə kənara qoydular? Onlar ikinci dünya müharibəsində məhv olmuşdular və nlara icazə vermədilər bu işi etsinlər. Aqil adam ölkəsinin hərbi qüdrətinin artırılmasının dayandırmaz. Ölkənin hərbi gücü günbəgün  artırılmalı və möhkəmlənməlidir”.
 
Ayətullah Xamenei bildirib ki, "İstiqlaliyyət, mədəniyyət və etiqad bir millətin kimliyi və identikliyidir. Nə üçün əsas kimliyimizdən əl çəkməliyik? Əsas istəkləri onların tərtib etdikləri sistemə tabe olmağımızdır. Niyə biz öz milli kimliyimizdən imtina edib Qərbin tərtib etdiyi səhv yolla getməliyik. Bunlardan biri homoseksuallıqdır. Qərbin özündə kim buna etiraz edirsə, o təcrid olunmuş olur. Bu səbəbdən ürəkdən belə bununla razı olmayanlar homoseksuallığın tərəfdarı olduqlarını bildirirlər. Qərbi rəsmilərin bəzisi seçkilərdə səs toplamaq üçün bu səhv düşüncənin tərəfdarı olduqlarını elan edirlər. Bəs bizə nə gəlib İlahi təfəkkürü və İslamın nurani düşüncəsini kənara qoyub bu cür utanc verici düşüncəni qəbul edək?"
 
Ayətullah Xamenei çıxışının davamında bildirib ki, əgər biz  motivasiya,  iman və qətiyyətliyimizi qorusaq , ağıl və tədbirlə düzgün iş aparsaq, düşmənlərin bütün planlarına qələbə çalacayıq. “Bəziləri düşünür ki, biz mühasiər olmuşuq, onların düşüncəsinin əksi olaraq bütün düşmənlərin kürəyini yerə vuracayıq. Mənim gələcəklə bağlı heç bir narahatçılığım yoxdur. Allahın yardımı ilə  bundan daha da qüdrətli olacağımıza əminəm”.⁠⁠⁠⁠
 

 

 

Google+ WhatsApp ok.ru