Ayətullah Xamenei: İran inkişafının əsas təməli “təhlükəsizlik”dir

Ayətullah Xamenei: İran inkişafının əsas təməli “təhlükəsizlik”dir

İran inkişafının əsas təməli “təhlükəsizlik”dir. 
 
Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün günorta İran polis işçiləri ilə görüşündə deyib.  
Ayətullah Xamenei polis qüvvələrinin hazırlıq və gücünün , eləcə də iman və ciddiyyətinin günbəgün artırılmasının zəruriliyini vurğulayıb. “Təhlükəsizlik – cəmiyyətin ümumi asayişi və fərdi psixoloji rahatlığı mənasınadır. Təhlükəsizlik olmadıqda, bir cəmiyyətdə şəxslər arasında güc və motivasiya olsa belə, müxtəlif iqtisadi, mədəni, siyasi və xidməti fəaliyyətlər imkanı məhv olur”.
Ayətullah Xamenei Qurana söykənərək təhlükəsizliyi möminlərin imanının artması üçün səbəb göstərib və deyib ki,  ölkənin təhlükəsizliyinin əsas rüknlərindən biri də polisdir. 
Görüşdən öncə Ali Rəhbər Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazı qılınıb.
 

 

 

Google+ WhatsApp ok.ru