Ayətullah Xamenei: Amerikanın məğlub olunmaz olmasını xəyal etmək böyük səhvdir

Ayətullah Xamenei: Amerikanın məğlub olunmaz olmasını xəyal etmək böyük səhvdir

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei  Venesuela  prezidenti Nikolas Maduro ilə görüşündə bildirib ki, Amerikanın məğlub olunmaz olmasını xəyal etmək böyük səhvdir.
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei  şənbə axşam  N.Maduro ilə görüşündə  Amerikanın Qərbi Asiya bölgəsində siyasətləri və planlarının  uğursuzluğa düçar olduğunu bildirib və deyib ki,  Amerika  müstəqil ölkələrə təzyiq etmək üçün  neft qiymətini aşağı salmaq məsələsindən vasitə kimi  istifadə edir.  “Təzyiqlər qarşısında  tədbirli  olmaq və ağıllı  müqvimət  və dözümlülüklə  qələbə qazanmaq mümkindir. Keçmiş zamanlarda bəzi İslam ölkələri  öz neft borularını bağlamaqla  sionist rejimlə mübarizə aparmaq istədi, Qərb ölkələri  neftdən siyasi oyun  istifadəsi bəhanəsi ilə səs-küy qopardılar, lakin təssüflər olsun ki, bu gün həmin ölkələr  OPEK-in bəzi  üzvləri  və bəzi region ölkələri ilə birlikdə, Amerikanın siyasətlərinin icrası naminə özləri də ziyan gördükləri halda neftdən  silah kimi istifadə edirlər.”
 
Ayətullah Xamenei  Amerikanın  Qərbi Asiyada  yürütdüyü siyasətlərin öz cibindən və bəzi region ölkələrinin cibindən böyük xərclər etməsinə baxmayaraq uğursuz olduğunu vurğulayıb.  “Bəziləri xəyal edir ki, Amerika məğlub olunmazdır, bir halda ki, bu düşüncə böyük səhvdir.Amerikalıların ötən 15 ildə etdiyi təkrar səhvlər, onları indi  bölgədə  şikəst və aciz edib.”
 
Ayətullah Xamenei  bildirib ki, Venesuela  Latın Amerikası bölgəsində anti-imperialist hərəkatlara təsir edici gücə malik bir ölkədir və bu, ölkənin  geniş potensialının olmasının göstəricisidir.  “Bu ölkə  Qoşulmama Hərəkatının sədrliyi imkanından  istifadə etməlidir. Qərb ölkələri  Qoşulmama Hərəkatının hərəkətliliyinin artmasında maraqlı deyillər, lakin  müstəqil ölkələr onların bu istəyinin əksi olaraq hərəkət etməlidirlər. Belə olduğu halda, əmin olun gələcək daha yaxşı olacaq”, 
 
Ayətullah Xamenei əlavə edib ki, İran İslam Respublikası  Venesuela ilə  əlaqələri inkişaf etdirmək üçün ciddi qərar qəbul edib. Hər iki ölkənin məsul şəxsləri əldə olunan razılıqların icrasında önəmli rol oynayırlar və bununçün çalışmalıdırlar. 
 
 

Google+ WhatsApp ok.ru