Ayətullah Sistaninin Ərbəin zəvvarlarına məsləhətləri

Ayətullah Sistaninin Ərbəin zəvvarlarına məsləhətləri

Mərcəi təqlid Ayətullah Seyid Əli Sistani təqlidçilərin birinin sualının cavabında İmam Hüseynin (ə) Ərbəin ziyarətinə gedən zəvvarlara önəmli məsləhətlər edib.
 
Maide.Az xəbər verir ki, Ayətullah Sistani Ərbəin ziyarətinin ən yaxşı şəkildə təşkilini, zəvvarların sağlamlığı və sabitliyinə önəm verilməsini məsləhət görüb. 
 
Ayətullah Sistaninin ofisindən verilən məlumata görə, Ayətullah Sistani zəvvarlar və karvanlarından istəyib ki, getdikləri yolda təmizliyə riayət etsinlər və nizam-intizam yaradan işçilərlə əməkdaşlıq etsinlər. “Zəvvarlar bir-biri ilə nəzakətli davransınlar. Möminlərin ziyarətini asanlaşdıracaq və onların ziyarətə marağını artıracaq hər hansı bir işin görülməsi  müstəhəbdir. İmam Hüseynin (ə) ziyarətinə gəlmiş karvanlarda təmizliyə əməl olunması üçün zibil kisələri (zibil klokları) alınması üçün pul vermək Allah yolunda verilmiş ehsan hesab olunur”
 

Google+ WhatsApp ok.ru