Ayətullah Behcətin  100 illik yubleyi münasibətilə  konqres təşkil olunacaq

Ayətullah Behcətin 100 illik yubleyi münasibətilə konqres təşkil olunacaq

Çağımızın kamil arifi, böyük ustad, müctəhid, dahi mütəfəkkir Həzrət Ayətullah Behcətin 100 illik yubleyi münasibətilə konqres təşkil olunacaq. 
 
Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, konqresin təşkili üçün artıq hazırlıq işləri başlanılıb. Əxlaq, fiqh və üsul ustadları Ayətullah Behcətin elmi, əxlaqı və irfanı haqqında araşdırmalar aparır və məqalələr hazırlayır. Bunu Ayətullah Behcətin 100 illik yubleyi münasibəti ilə keçiriləcək konqresin məsul şəxslərindən Əhməd Vaezi deyib. 
 
O deyib ki, Ayətullah Behcətin dahi mütəfəkkir və şəxsiyyət olmasını nəzərə alaraq konqresin elmi katibinin müctəhidlərdən birinin olacağını gözləyirik.
 
Hazırda konqresin keçirilməsi istiqamətində işlər görülür. Konqresin keçiriləcək vaxt açıqlanmayıb. 
 
Xatırladaq ki, bu misilsiz alim 2009-cu ilin 17 may tarixində 93 yaşında axirət aləminə köç etmişdir.
 
 

Google+ WhatsApp ok.ru