Ayətullah Xamenei 600-dən çox məhbusu əfv etdi

Ayətullah Xamenei 600-dən çox məhbusu əfv etdi

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İslam İnqilabının qələbəsinin 38-ci ildönümü münasibətilə həbsdə olan 631 nəfərin əfv olunması barədə fərman imzalayıb.
 
Maide.Az xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
 
İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 631 məhbusun əfv olunması,  cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi  xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb. 
 
Qeyd edək ki, fevral ayının 11-i  İslam İnqilabının qələbəsinin 38-ci  ildönümüdür. 
 

Google+ WhatsApp ok.ru