Ayətullah Xamenei: Düşmən qarşısında zəiflik göstərməyin  - YENİLƏNİB

Ayətullah Xamenei: Düşmən qarşısında zəiflik göstərməyin - YENİLƏNİB

(İlk xəbər bu gün 12:20-də yayımlanmışdır) 
 
Xəbər verdiyimiz kimi Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər ölkədə təşkil olunan “Nur yolçuları” adlı ekskursiya qruplarının təşkilatçıları ilə görüşüb.  
 
Maide.Az xəbər verir ki, çıxışında Ayətullah Xamenei deyib ki, “Rahiyani-Nur” (Nur yolçuları) hərakatının təşkili böyük və önəmli bir təşəbbüsdir.
 
"Allah Qurani-Kərimdə önəmli günlərin davamlı xatırlanmasını vurğulayıb. Bu gündə bu çox önəmli məsələdir. Ən tarixi nümunəsi "Müqəddəs Müdafiə dövrüdür”. Bu günlərin unudulmasına icazə verilməməlidir. Bu hərəkat "Müqəddəs Müharibə" dövrünün ibrət və dəyərlərinin unudulmasının qarşını almaq üçün bir vasitədir. Hər bir işin inkişaf etdirilməsi üçün davamlı olaraq ehtiyatlı davranmaq lazımdır ki, əsas yolundan çıxmasın. Əlbəttə inkişaf və güclənmək statistik rəqəmlər verməklə əldə olunmur. Məhsulu və işin nəticəsini görmək lazımdır".
 
Ayətullah Xamenei deyib ki, İran ölkəsi və xalqı çox zəngin təbii və insani gücə və sərvətə sahibdir. “Lakin bizim xalqın əksəriyyətinin dəyər və sərvətlərindən biri mübarizəyə inam ruhunun və din yolunda hərəkət etmək istəyinin olmasıdır.
 
Ayətullah Xamenei əlavə edib ki, İran xalqının sərvət və dəyərlərindən biri də zorakılıqlar qarşısında müqavimətə və eləcə də müqavimət etməklə düşmənə qələbə qazanacaqlarına inanmalarıdır. “Bu dəyərlər əgər yaşadılsa və əməldə icra olunarsa, böyük işlər üçün başlanğıc olar. Necə ki, İslam İnqilabının qələbəsində və "Müqəddəs Müdafiə" dövründə bu baş verdi".
 
Ayətullah Xamenei deyib ki, müharibənin başlanmasına səbəb o idi, düşmən BƏƏS-ilər və onların dəstəkləyiciləri bizim zəif olduğumuzu hiss edirdi. “Əgər onlar bir neçə günə Tehranı işğal edəcəklərindən əmin olmasaydı, heç vaxt müharibəni başlatmazdı. Bu bir ümumi qaydadır ki, zəiflik müşahidə olunarsa, düşmən hücum etməyə həvəsli olur. Deməli, əgər düşmənin hücumunun qarşını almaq istəyirsinizsə, zəiflik göstərməməlisiniz və öz gücünüzü daha da aşkar etməlisiniz”.
 
Ayətullah Xamenei deyib ki, bu ümumi qayda iqtisadi və mədəniyyət sahəsinə də aiddir. “Ölkədə hazırkı böyük iqtisadi problemlərin əsas səbəbi bəzilərinin iqtisadi sahədə özlərindən zəiflik göstərməsi olub. Düşmən gördü ki, burda zəifik və təzyiq göstərə bilər, təzyiqləri artırdı”.
 
Ayətullah Xamenei (İran-İraq müharibəsi) "Müqəddəs Müharibə" dövründə İranın mövcud durumu ilə bağlı deyib ki, həmin dövrdə İran həqiqətən zəif idi. “Ona görə ki, vahid hərbi qüvvələri və hərbi texnika yox idi, bəzi texnologiyaların istifadəsini bilmirdik, daha da önəmlisi İran xalqının o dövrdə müharibə təcrübəsi yox idi. Həmin şərait nəticəsində idi ki, düşmən Əhvaz şəhərinin 12 kilometrliyinə kimi torpağı işğal etdi. Lakin böyük ilahi nişanələrdən və möcüzələrdən olan İmam Xomeyninin (rə) çağırışı ilə bütün müsəlman və inqilabı qüvvələr - Ordu, Sepah və könüllülər səfərbər oldu və mövcud imkanlardan istifadə etməklə yanaşı, təşəbbüslər, təşkilatlanmalar və idarəetmədən faydalandılar, eləcə də iman və qorxmazlıqları ilə müharibənin taleyini dəyişdi".
 
Ayətullah Xamenei düşməninin mədəniyyət sahəsindəki təhlükəsini təhlükəsizlik və hətta hərbi sahədəki təhlükələrədən daha çox olduğunu vurğulayıb. “Düşmənin hərbi müdaxiləsi xalqı daha da birləşdirir və gücləndirir. Ancaq mədəniyyət sahəsindəki hücumları bunun əksidir. Belə ki, edilən hücumlar iradələri məhv edir, gənc nəsili zəiflədir”.

Google+ WhatsApp ok.ru