Ayətullah Xamenei: Amerikanın Suriyaya hücumu strateji xəta və yanlış hərəkətdir

Ayətullah Xamenei: Amerikanın Suriyaya hücumu strateji xəta və yanlış hərəkətdir

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün İran Silahlı Qüvvələrinin komandanlarını Novruz bayramı münasibətilə qəbul edib. 
 
Maide.info xəbər verir ki, görüşdə Ayətullah Xamenei çıxış edib və bildirib ki, düşmən xalqın məsul şəxslərin və Silahlı Qüvvələrini “olmaz, bacarmaram” sözləri ilə ruhiyyəsini zəiflətməyə çalışır. “İran İslam Respublikasının Silahlı Qüvvələri Allaha təvəkkül edərək və öz gücünə arxanalaraq hər gün gücünü və potensialını artırsın. Yeni təşəbbüslər və çalışmaqla çatışmamazlıqlar və boşluqları doldursun”. 
 
Ayətullah Xamenei bildirib ki, insan üçün ən yaxşı dua və ən üstün tövfiq, düz yolu (sirat müstəqimi) təyin etmək, tanımaq, eləcədə bu yolda davamlılıq göstərməkdir. 
 
Ali Rəhbər Ayətullah Xamenei Qərb dövlətlərinin İrana qarşı savaşda hərtərəfli şəkildə Səddam reimini dəstəklədiyini bildirib. “Bu gün Suriya məsələsində kimyəvi silahlardan istifadə edilməsi iddiasında olan riyakar avropalı dövlətlər, Səddama tonlarla kimyəvi silah verdi ki, o həmin silahlarla İran cəbhələrinə, Sərdəşt və Hələbçə bölgələrinə hücum etsin”.
 
Ayətullah Xamenei deyib ki, düşmən çalışır ki, pisxoloji müharibə taktikasından istifadə edərək məsul şəxslərdə zəiflik və “olmaz, bacarmaram” ruhiyyəsi yaratsın. 
 
Ali Rəhbər Amerikanın Suriyaya hücumu və bəzilərinin bu hücumu dünyanın digər bölgələrinə də hücumetmə imkanı kimi dəyərləndirməsinə toxunub. “Cinayət, təcavüz və qanun pozuntusu tamamilə amerikalıların əlindən gələn işlərdir və onlar dünyanın digər nöqtələrində də bu işləri görüb. Amma əsas məsələ budur ki, onlar bu işi harada görməyə cəsarətləri olacaq? İslam Respublikası göstərib ki,  bu kimi səhv işlər və mənasız sözlərlə meydanı tərk etməyəcək. İnqilaba inanan xalq və məsul şəxslər, Allaha təvəkkül edərək hədələr və təhlükələr qarşısında geri çəkilməyəcək. Ona görə ki, əgər geri çəkilsəydik, bu gün ölkə iflasa uğrayardı”. 
 
Ayətullah Xamenei Amerikanın Suriyaya son hücumu haqqında deyib ki, amerikalıların gördükləri iş, strateji xəta və yanlış hərəkətdir. “Onlar öz əcdadlarının səhvlərini təkrar etməkdədir. Amerikanın bundan öncəki başçıları İŞİD-i yaratdı və ya ona kömək etdi. Amerikanın hazırkı başçıları da İŞİD-i və ya onun kimi təkfirçi terrorçu qrupları gücləndirməkdədir".
 
Ayətullah Xamenei əlavə edib ki, bu qruplaşmaların təhlükəsi gələcəkdə amerikalıları problemlə üzləşdirəcək. "Avropa bu gün təkfirçiləri gücləndirmək sahəsindəki səhvə görə çətinliyə düşüb və xalqın evdə və küçədə sabitliyi yoxdur, Amerika da həmin səhvi etməkdədir". 

Google+ WhatsApp ok.ru