Ayətulah Xamenei mədən faciəsində həlak olanların ailələrinə başsağlığı verib

Ayətulah Xamenei mədən faciəsində həlak olanların ailələrinə başsağlığı verib

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İranın Gülüstan əyalətində mədəndə baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. 
 
Maide.Az-ın verdiyi xəbərə görə, Ayətullah Xamenei bildirib ki, Gülüstanda baş vermiş faciəvi hadisə məni çox kədərləndirdi və narahat etdi. 
 
Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: 
 
"Allahın Adı ilə 
Gülüstan əyalətində mədəndə baş vemriş faciəvi və ürək ağrıdıcı hadisədə bir qrup zəhmətkeş fəhlənin həyatını itirməsinə və bu əzizlərdən digər bir qrupunun isə mədəndə qalmasına səbəb olub. Bu hadisə məni çox kədərləndirdi və narahat etdi. Mədəndə giriftar olan şəxslərin xilası üçün bütün mümkün addımların atılması zəruridir. Hadisə çox acı hadisədir. Ümid edirəm Allah Öz lütf və yardımını  edər. Bu hadisədə həyatını itirmiş əzizlərin ailələrinə başsağlığı deyirəm və onlar üçün səbir diləyir və mədəndə qalanlar üçün Allahdan fərəc istəyirəm. Müxtəlif orqanların səyləri təqdirə layiqdir, bacardıqları qədər səylərini daha da artırsınlar”. /

Google+ WhatsApp ok.ru