Ayətullah Xamenei: `Amerika özü terrorist, terrorist yetişdirən və.... - FOTO

Ayətullah Xamenei: `Amerika özü terrorist, terrorist yetişdirən və.... - FOTO

Ali Rəhbər Ayətullah Xamenei mübarək Ramazan ayının 17-ci günündə ölkənin məsul şəxslərini qəbul edib. 
 
Maide.Az xəbər verir ki, görüşdə ordu komandirləri,  yüksək çinli rəsmilər və dövlət qulluğunda olan işçilər iştirak edib.  
 
Görüşdə Ayətullah Xamenei may ayının 19-da İranda keçirilən prezident seçkilərinə toxunub və bildirib ki, bu seçkilərdə səs verən xalqımız ortaq bir iş gördü və bu iş islami sistemə güvəndiklərinin göstərilməsidir. Bu olduqca önəmli məsələdir. 
 
Ayətullah Xamenei seçkilərdə səsvermədə iştirak edən şəxslərin ortaq nöqtəsinin “İslami sistemə güvənmək” olduğunu bildirdi. 
 
Ayətullah Xamenei ABŞ-ın seçkilərdən sonra İrana qarşı sanksiyaları artırmaqla yanaşı, kin və düşmənliyini də artırdığını bildirib. “Bu cür düşmənçiliklərin qarşısında ölkənin inkişafı üçün yeni bir əməkdaşlıq mühiti yaradılmalıdır. Bu məqsədə çatmağın yeganə yolu  isə çalışmaqdır. Hər kəs məsul şəxslərə dəstək olmalıdır və məsul şəxslərdə fərqli sahələrdə birlikdə hərəkət etməlidir”.
 
Ayətullah Xamenei hər zaman olduğu kimi iş başında olan bütün hökumətlərə dəstək olduğunu bildirib və deyib: “Ölkəni doğru idarəetmənin ilk addımı qərar qəbul etmə meyarlarının təyin olunmasıdır. Sonrakı addım da ötən 38 ildə əldə olunan təcrübələrdən isitfadə etməkdir. Qərar qəbul etmə mexanizmlərində milli mənafelər proritet olmalıdır. Bu da milli kimliyə əsaslanır. Milli kimliyin üç ünsürü isə müsəlman olmaq, inqilabçı olmaq və tarixin dərinliyidir.
 
Ali Rəhbər ABŞ-ın İŞİD terror qurplaşmasını yaratdığını bildirib və bu qruplaşmaya maddi və silah dəstəyindəki rolundan danışıb. “İŞİD əleyhinə koalisiyanın təşkili iddiası yalandır. Əlbətdə amerikalılar nəzarətdən kənar İŞİD-in olmasına qarşıdır, lakin bu terror qruplaşmasını məhv etmək istəyənlər olarsa, onada qarşı çıxırlar. Bununla yanaşı demokratiyadan heç bir əsər-əlamət olmayan, orta əsrlərdə olduğu kimi tayfa hökmranlığı ilə idarə olunan səudiyyəli məsul şəslərin yanında Amerikanın demokratiya nümunəsi olan İrana qarşı insan haqlarının pozulması ittihamı irəli sürməsi çox gülüncdür və tarixləri üçün qara ləkədir”.
 
Ayətullah Xamenei İranın nüvə sahəsində əldə etdiyi "Hərtərəfli Birgə Fəaliyyət Planı" haqqında bildirib ki, bu plana dair iş aparan məsul şəxslərə güvənirdik və güvənirik. Çünki onları özümüzkü və mömin bilirik. “Lakin bu məsələdə qarşı tərəfin sözlərinə inandığımız üçün bəzi şeylərlə bağlı lazımi diqqət olunmadı və nəticədə bəzi boşluqlar oldu ki, düşmən onlardan istifadə edir. Bu planı qəbul etdiyimizdə doğru şərtləri yazılı olaraq müəyyən etmişik və planın icrasına nəzarət heyəti bu şərtlərin qorunmasına çalışmalıdır. Qarşınızda gücü ilə duran bir düşmən var və bu sahədə hər hansı səhlənkarlıq görərsə, daha həyasızca davranar. Ona görə çox diqqətli olmalısınız”.
 
Ayətullah Xamenei  bildirib ki, İran və Amerika arasında olan bir çox məsələlər həll olunası məsələlər deyil. “Çünki Amerikanın bizimlə problemi nüvə enerjisi, insan haqları kimi məsələlər deyil. Onların problemi İslam Respublikasının özüdür. Önəmli bir regionda islami sistemin olması, özüdə İran kimi varlı bir torpaqlarda olması, müstəqil siyasətlər yürütməsi, ABŞ-ın İslam Respublikası ilə düşmənçiliyinin əsas səbəbidir. Onlar ölkənin müstəqilliyi ilə müxalifdir. Əgər ölkədə dini və inqilabçı bir hökumət olmasa və müstəqil olsa, yenə də ABŞ öz düşmənçiliyini edəcəkdir”.
 
Ayətullah Xamenei İranda mövcud olan çoxlu sərvətlər və imkanlardan danışıb və bildirib ki, ölkələrin işinə qarışan güclər bu cür yağlı tikəni itirməyə hazır deyil. Lakin İslam İnqilabı imkan vermir ki, bu yağlı tikə onların boğazından aşağı getsin. 
 
Ali Rəhbər bildirib ki, “insan hüquqları, terrorizm, regionda İran tərəfindən sabitsizliyin yaranması iddiası” kimi məsələlərin ABŞ-ın İslam Sisteminə qarşı bəhanəsi adlandırıb. “ABŞ, özü terrorist, terrorist yetişdirən və terrorizmin düşünən beyini olan sionist rejimi kimi bir rejimin dəstəkləyicisidir. Bu rejim ilk gündən terror və zülmlə yaranıb. Bu səbəbdən Amerika ilə bizimki alınmaz”.
 
Ayətullah Xamenei bildirib ki, amerikalılar bilsin ki, İran İslam Respublikası zülmlə mübarizə, Fələstin xalqından müdafiə kimi mövqelərindən geri çəkilməyəcək və xalqların hüquqlarının bərpası üçün çalışacaq. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru