Ayətullah Xamenei: `Şeyx Zəkzaki kimi məzlumlara, Myanmar və Kəşmir müsəlmanlarına hüquqi dəstək verilməlidir` - FOTO

Ayətullah Xamenei: `Şeyx Zəkzaki kimi məzlumlara, Myanmar və Kəşmir müsəlmanlarına hüquqi dəstək verilməlidir` - FOTO

Ali Rəhbər Ayətullah Xamenei ötən gün məhkəmə və ümumi ədliyyə orqanlarının məsulları ilə görüşüb. 
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei çıxış edib və bu orqanın xüsusi və çox yüksək mövqe və səlahiyyətlərə malik olduğunu, ölkənin makro idarəçiliyinə təsir göstərdiyini qeyd edib. “Məhkəmə hakimiyyəti cəmiyyətdə ictimai hüququn bayraqdarı olmalı, lazım gələn hər sahədə insanların hüquqlarını tam gücü ilə müdafiə etməli, müxaliflər və qanun pozuntusuna yol verənlərə qarşı mübarizə aparmalıdır”.
 
Ayətullah Xamenei bildirib ki, konstitusiyada bildirilir ki, qanunun icrasına nəzarət məhkəmə qüvvələrinin məsuliyyətidir. Məhkəmə və müfəttişlik məhkəmə qüvvələrinin iki mühüm məsuliyyətidir. 
 
Ayətullah Xamenei qeyd edib ki, beynəlxalq problemlərin hüquqi cəhətdən araşdırılıb təqib edilməsi də çox mühüm əhəmiyyət daşıyır: “Məhkəmə hakimiyyəti sanksiyalar, amerikalıların müsadirələri, terrorizm, habelə dünyanın Şeyx Zəkzaki kimi haqsızılığa məruz qalmış şəxsiyyətlərinin, Myanmar və Kəşmir müsəlmanlarının müdafiəsi məsələlərinə hüquqi müstəvidən daxil olmalı, müdafiə və etiraz mövqeyini qətiyyətlə elan etməlidir ki, dünyada öz əksini tapsın”.
 
Ayətullah Xamenei bildirib ki, təftişləri artırın və məhkəmə sistemini daxildən islah edin. “Respublikanın nüfuzu üçün təhlükə yarananda addım atılmalıdır. Xalqda belə fikir yaranmamalıdır ki, məhkəmə qanunu pozanları cəzalandırmır. Ədalətli, şücaətli, qətiyyətli, Allahdan qorxan hakimləri cəmiyyətə tanıtdırın”.
 
Ayətullah Xamenei deyib ki, Məhkəmə Qüvvələrinin şəhid Behişti adı ilə bağlılığı var. O, xalisniyyət, uzaqgörənliklə bu sistemin bünövrəsini qoyub. /
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru