Ayətullah Sistaniyə qarşı terror aktının qarşısı alınıb

Ayətullah Sistaniyə qarşı terror aktının qarşısı alınıb

Ayətullah Sistaniyə qarşı terror aktının, Nəcəf və Kərbəla hərəmlərinə hücumun qarşısı zamanında alınıb
 
İslaminSesi.info bu barədə İraqın Daxili İşlər Nazirliyinə istinadla məlumat verir.
 
Bildirilib ki, İŞİD terrorçuları hücumun bir hissəsini İraq-Suriya səhrasında yerləşən əl-Məyadin və əl-Qaim şəhərlərindən planlaşdırıb. Lakin zamanında xəbər tutan İraq Kəşfiyyatının məlumatından sonra terrorçulara qabaqlayıcı zərbələr endirilib.
 
İŞİD terrorçularının Bəsrə, Samirra, Kərbəla və Nəcəf daxilindəki əlaltılarının planlarının qarşısı da zamanında alınıb. 
 
Nəcəf və Kərbəla hərəmləri və eləcə də Ayətullah Sistaniyə qarşı terror hücumun qarşısı zamanında alınıb. /

Google+ WhatsApp ok.ru