Ayətullah İsa Qasimin evinin mühasirəsi davam edir – 97 gün

Ayətullah İsa Qasimin evinin mühasirəsi davam edir – 97 gün

Ali Xəlifə rejim qüvvələrinin artıq 97 gündür mühasirədə saxladığı Bəhreyn şiələrinin lideri Ayətullah İsa Qasimin Diraz bölgəsindəki evinin ətrafında təhlükəsizlik tədbirlərini dahada artırıb, əlavə hərbi texnika və traktorlar evin 4 bir tərəfinə yeridilib. 
 
Maide.Az xəbər verir ki, təhlükəsizlik qüvvələri evin ətrafında gediş-gəlişi qadağan edib, Ayətullah İsa Qasimlə əlaqə kəsilib və onun taleyi naməlum olaraq qalır. 
 
Bununla yanaşı Bəhreynin müxtəlif bölgələrində Ayətullah İsa Qasimin və digər siyasi məhbusların azadlığı tələbi ilə etiraz aksiyaları davam edir.  
 
Ötən gün Bəhreynin şimal bölgəsində Dayə qəsəbəsində Bəhreyn hakimi Hamd İsanın adını küçədə yerə yazaraq əhali onu tapdalayaraq üzərindən keçib. 
 
Ötən gün həmçinin Bəhreynin digər bölgələrində də etiraz aksiyası keçirilib. Sitrə qəsəbəsində təşkil olunan etiraz aksiyasında rejim əleyhinə şüarlar səsləndirilib.
 
Polis etirazçılara hücum edib və gözyaşardıcı qazdan isitfadə edib. Əl-Akar, Mamir, Navidat, Samahiç və digər qəsəbələrdədə etiraz aksiyaları olub ki, polisin hücumu ilə dağıdılıb. /

Google+ WhatsApp ok.ru