Ayətullah Şahabadi vəfat edib

Ayətullah Şahabadi vəfat edib

"İnna lillah və inna ileyhi raciun"
 
Qum dini elmi hövzənin tanınmış ustadlarından və İmam Xomeyninin (rə) şagirdlərindən olan Ayətullah Ruhullah Şahabadi vəfat edib. 
 
Maide.Az xəbər verir ki, Ayətullah Ruhullah Şahabadi uzun müddət Tehran, Qum, və Nəcəf şəhərlərində böyük din alimləri və müctəhidlər Ayətullah  Bürucerdi, Seyid Əhməd Xansari, Əllamə Təbatəbai, Ayətullah Xoi və Ayətullah Ərakidən dərs alıb. O, həmçinin 20 il İmam Xomeyni (rə) həzrətlərinin şagirdi olub.  
 
َMərhum Ayətullah Şahabadi özü də uzun müddət dini hövzədə dərs deyib və çox sayda tələbələr yetişdirib. 
 
Mərhum Ayətullah Şahabadi iyul ayında böyrəyində yaranmış problemlə bağlı Tehranda xəstəxanaya yerləşdirilmişdir. 
 
Allah rəhmət eləsin.

Google+ WhatsApp ok.ru