Ayətullah Xamenei: `Əgər İslamın insan, cəmiyyət və siyasət haqqında maraqlı və yeni sözlərini dünyaya çatdıra bilsək....` - FOTO

Ayətullah Xamenei: `Əgər İslamın insan, cəmiyyət və siyasət haqqında maraqlı və yeni sözlərini dünyaya çatdıra bilsək....` - FOTO

Tehran əyalətininin dini elmi hövzələrin tələbələri bu gün səhər Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə görüşüb. 
 
Maide.Az xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei bildirib ki, İnqilab davam edir. “Bəziləri belə deyir ki, İnqilab bir hadisə idi oldu və bitdi və indi lazımdır adi yaşayışımıza qayıdaq. Bu İnqilaba xəyanətdir. İnqilab heç vaxt bitməyəcək”. 
 
Ayətullah Xamenei əlavə edib ki, İnqilab keçmiş normaları pozur və yeni normalar yaradır. “Yeni normaların qorunması İnqilabın davam etdirilməsidir. Əgər İnqilab etmək və qələbə qazanmaq üçün mübarizə lazım idisə, bu gün də İnqilab nəticəsində əldə olunan normaları yerinə yetirmək və müsbət nəticələri əldə etmək üçün mübarizə lazımdır; Bununla cəmiyyət islami cəmiyyət ola bilər”. 
 
Ayətullah Xamenei əlavə edib ki, biz İslam İnqilabı edə bildik. Yəni eləyə bildik inqilabçı bir hərəkət yaradaq. Və onun əsasında İslam sistemi ərsəyə gətirməyi bacardıq. Bura kimi müvəffəq idik və bu çox önəmlidir. Lakin  bundan sonra bir ölkə üçün lazım olan slami bir hökumət qurmaq, islami idarəetmə sistemi yaratmaqdır. Biz buna çatmaq üçün hələ çox geridəyik. Əlbəttə bunun mənası bu deyil ki, kimsə naümid olsun. Bütün müxalifətlər və təxribatlara baxmayaraq heç şübhəsiz biz irəliləyirik. Mübarizə aparmaq lazımdır”.
 
Ayətullah Xamenei deyib ki, ruhanilər peyğəmbərlərin öhdəlik və məsuliyyətlərinin davamçılarıdır. “Necə ki, peyğəmbərlər tövhid dünyagörüşlü bir hökumətin, təyyibə (pak) bir həyatın yaranması üçün çalışırdı. Ruhanilərin də vəzifəsi bu məsuliyyəti yerinə yetirməkdir. Təyyibə (pak) həyat yaratmaq istəyərkən kimlərinsə müxalifət etməsi təbiidir. Necə ki, peyğəmbərlərin qarşısında da düşmənlər var idi. Bunun üçün ruhanilər özlərini çox zəhmətli, uzunmüddətli, təsiredici, səmərəli və eyni zamanda davamlı bir iş üçün hazırlamalıdır. Əgər İslam düşmənləri bizim olmağımızdan, qətiyyətliliyimizdən və hərəkətlərimizdən qəzəblənməzsə, özümüzün faydalı olmağımıza şəkk etməliyik”.
 
Ayətullah Xamenei əlavə edib ki, əgər İslamın insan, cəmiyyət və siyasət haqqında maraqlı və yeni sözlərini dünyaya, xüsusi ilə gənc nəsilə çatdıra bilsək, əminliklə deyirəm onlar bunu qəbul edəcək. “İndiki dövrdə İslamın həyati mesajlarını çatdırmaq üçün mövcud olan vasitələrdən biri də sosial şəbəkələrin potensialından istifadə etməkdir. Hazırkı dövrdə  zehnlərdə sual və şübhələr çoxdur və sualların çox olması insanları cavab tapmaq üçün fəallaşdırır və elmi sərhədləri aşır. Suallar və şübhələrdə aciz qalmadığımız kimi, onların cavablarını tapmaq üçün də məntiqli və doğru cavablar arxasınca olmalıyıq”.
 
Ayətullah Xamenei tələbələri dərs və elmi bəhslərdə ciddi olmağı, təqva, ibadət, Quran və duayla üns olmağı tövsiyyə edib. “Cəmiyyətdə təsir qoymaq üçün bilik və elmi dərəcənin artırılması lazımdır. Bilin ki, bu yolda dil təbliğatından daha çox əməli təbliğə ehtiyac var“. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru