Ayətullah Xamenei: `Əgər güzəştə gedərsək, düşmən daha çox şey istəyəcək` - FOTO

Ayətullah Xamenei: `Əgər güzəştə gedərsək, düşmən daha çox şey istəyəcək` - FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Polis Akademiyasının tələbələri ilə görüşüb. 
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei görüş çərçivəsində polis məzunların qarşısında çıxış edib.  
 
Ayətullah Xamenei bildirib ki, ötən 38 ildə məmləkətimizdə sabitliyi pozmaq üçün atılan bütün şər addımlara baxmayaraq silahlı qüvvələr və polis, mömin gənclərimiz rəşadətlə dayanıb, ölkədə sabitliyi təmin edib. “Polis kimi xalqın gözü qarşısında olan heç bir təşkilat və qüvvə yoxdur. Buna görə də polisin gücü, zamanında hərəkətə keçməsi, rəşadəti İslam Respublikası üçün iftixardır”.
 
Ayətullah Xamenei əlavə edib ki, çirkin düşmən əlləri regionda terror toxumu səpdiyi zaman, təhlükəsizliyin təmini və polisin cinayətkarlıqla mübarizə aparması xüsusi əhəmiyyət kəsb edir. “Bizim İslam Pespublikasına, İslam cəmiyyətinə, Qurana layiq polisimiz olmalıdır. Biz Allahın tövfiqi ilə bu məqsədə çata bilərik”.
 
Çıxışının davamında Ayətullah Xamenei ABŞ-ın İranın nüvə anlaşması ilə bağlı açıqlamalarını həyasızlıq və utanmazlıq adlandırıb: “Amerika nüvə anlaşması ilə bağlı hər gün yeni bir destruktiv və pozucu hərəkətə əl atır. Bu da İmam Xomeyninin (rə) Amerikanı böyük şeytan adlandırmaqda nə qədər haqlı olduğunu sübut edir və ABŞ rejimi həqiqətən şeytanların ən xəbisidir”.
 
Ayətullah Xamenei əlavə edib ki, nüvə anlaşmasında o qədər müzakirənin aparılması, qərar və öhdəliklərin müəyyən edilməsinə baxmayaraq, ABŞ-ın bu müzakirələr və onun nəticəsinə qarşı hərəkətləri tamamilə quldurcasına olan bir zorakılıqdır. “Amerikalılar bilməlidir ki, İran xalqı öz şərəfli və iqtidarlı mövqeyini dəyişməyəcək və İran İslam Respublikasının ədəbiyyatında milli maraqlara aid olan mühüm məsələlərdə güzəştə getmək heç bir məna kəsb etmir”.
 
Ayətullah Xamenei ABŞ-ın İran xalqı ilə hər gün artmaqda olan düşmənçiliyin səbəbini İranın "digər xalqlar üçün ilhamverici olmaq"sı ilə əlaqəli olduğunu vurğulayıb. “ABŞ-ın yalançı, pozğun və fırıldaqçı başçıları İran xalqı və İslam Respublikası quruluşunu tam həyasızlıqla yalançılıqda ittiham edir. Halbuki, İran xalqı sədaqətli rəftar edib və bundan sonra da sədaqətli olacaq. ABŞ və İsrail rejimi regiona nüfuz etmək və region xalqlarını zəiflətmək yolu ilə öz qanunsuz maraqlarını təmin etmək ardıncadır. Onlar bir gün İŞİD-i yaratdı və mömin gənclərin müqaviməti və iradəsi qarşısında İŞİD-in öz sonuna yaxınlaşdığı zaman, yeni xəbisliklər axtarmağa başlayırlar”.
 
Ayətullah Xamenei ABŞ başda olmaqla zorakı qüdrətlərin tamahkarlıqları və nüfuzu qarşısında mübarizə aparmağın yeganə yolunu region xalqları və dövlətlərinin özlərini güclü və bacarıqlı hiss etmələri və bu qüdrətdən istifadə etmələrində görüb və bildirib ki, əgər güzəştə gedərsək, düşmən daha çox şey istəyəcək. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru