Ayətullah Xamenei: “Bu ABŞ prezidentinin acizliyinin və başıboşluğunun göstəricisidir” -YENİLƏNİB

Ayətullah Xamenei: “Bu ABŞ prezidentinin acizliyinin və başıboşluğunun göstəricisidir” -YENİLƏNİB

İlk xəbər bu gün  saat 11:59-da dərc olunub. 

 

"ABŞ prezidenti Donad Trampın sözləri onun güclü olmasından deyil, acizliyi və başıboşluğundan irəli gəlir.”  

Maide.Az xəbər verir ki, bu sözləri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün beşinci dövr Xubriqan Ekspertlər Məclisinin sədri və üzvləri ilə görüşündə BMT-nin 72-ci sessiyasında ABŞ prezidenti Trampın çıxışına münasibət bildirərkən deyib. 
 
“ABŞ-ın Qərbi Asiyada uzunmüddətli planları İranın təsiri nəticəsində pozulub. Bu isə onları narahat edir və əsəbləşdirir”.
 
Ayətullah Xamenei İran xalqını istəməyənlərin əsəbi münasibətini İslam Respublikasının regionda və dünya gündən-günə inkişafı ilə əlaqələndirib. “Bu səfeh, kobud və “kovboy ədəbiyyatı” üzərində qurulmuş yalanla dolu olan nitq ABŞ prezidentinin acizliyinin və başıboşluğunun göstəricisidir. ABŞ prezidentinin çıxışı heç də Amerika xalqı üçün fəxredici deyil. ABŞ xalqı belə bir prezidentləri olduğu üçün utanır və dəfələrlə bunu bəyan edib. Amerika uzun illər bundan öncə yeni və Yaxın Şərq üçün 3 istiqamətdə - İraq, Suriya və Livan üçün böyük planlar cızdı ki, hamısı uğursuzluqla nəticələnib. Plana əsasən qədim tarixə və sivilizasiyaya malik olan İraq, müqavimət mərkəzi olan Suriya və özünəməxsus yeri olan Livan ABŞ və sionist rejimin siyasəti altına keçməli idi. Lakin bu gün regiondakı həqiqətlər bunun başqa cür olduğunu göstərir. Onlar Livanda heç bir iş görə bilmədi, İraqda da istəklərinin əksi baş verdi. Suriyada da bu qədər misilsiz cinayətlər törətmək və ölkə əhalisini qətlə yetirmələrinə baxmayaraq sonda küncə qısıldılar. İran İslam Respublikasının təsiri ABŞ və sionist rejimin planları pozdu. Bu isə onların əsəbləşmələrinin əsas səbəbidir”.
 
Ayətullah Xamenei söhbətinin davamında nüvə müzakirələri ilə bağlı məsələlərə də toxunub. O, bildirib ki, nüvə müzakirələri ilə bağlı bizim əvvəlcədən də indi də eyni mövqeyi ortaya qoyub. “Bizim iradımız bu idi ki, müzakirə aparmaq olar. Lakin bu müzakirə elə olmalıdır ki, qarşı tərəf istədiyi hər hansı addım atanda bu razılaşmanın pozulmaması, İran tərəfi isə etdikdə pozulması kimi qiymətləndirilməsin. Biz dünya ilə əməkdaşlıq edirik və bunu istəyirik. Lakin bu elə olmamalıdır ki, əcnəbilərin əlinə göz dikməyək. İslam Respublikasının izzəti hər zaman qorunmalı və istənilən məsələdə ön planda olmalıdır”. /

Google+ WhatsApp ok.ru