Ayətullah Xamenei şəhid Möhsün Höcəcinin ailəsi ilə görüşüb - FOTO

Ayətullah Xamenei şəhid Möhsün Höcəcinin ailəsi ilə görüşüb - FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün müqəddəs hərəm müdafiəçisi olan şəhid Möhsün Höcəcinin ailəsini qəbul edib. 
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei ilə görüşdə şəhid  Höcəcinin atası, anası, həyat yoldaşı, uşağı və bir neçə digər yaxın qohumları iştirak edib. 
 
Ayətullah Xamenei şəhid Höcəcinin ailəsinə Quran hədiyyə edib. 
 
Xatırladaq ki, İraq-Suriya sərhədində yerləşən Tanaf bölgəsində avqustun 7-də İŞİD tərəfindən əsir götürülən Möhsün Höcəci iki gün sonra boğazı kəsilərək şəhid edilmişdi. Şəhid Höcəcinin cənazəsi sentyabrın 28-də Nəcəfabad şəhərində dəfn olunub.   Vida mərasimi sentyabrın 27-i İran xalqının fəal iştirakı ilə Tehranın İmam Hüseyn (ə) meydanında keçirilmişdi. Vida mərasimində Ali Rəhbər Ayətullah Xamenei və bir çox yüksək rütbəli iranlı rəsmilər iştirak etmişdir.
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru