Ayətullah Xamenei: “İslam sistemi düşmən qarşısında müqavimət göstərmək üçün geniş potensiala malikdir” - YENİLƏNİB

Ayətullah Xamenei: “İslam sistemi düşmən qarşısında müqavimət göstərmək üçün geniş potensiala malikdir” - YENİLƏNİB

 (ilk xəbər bu gün saat 13:41 -də dərc olunub)
 
“Həcc ziyarəti düşmən təbliğatının qarşısını almaq üçün ən yaxşı fürsətdir.”
 
Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər  Ayətullah Seyid Əli  Xamenei bu gün Həcc ziyarətinin təşkilatçıları ilə görüşdə deyib. 
 
Görüşdə Ayətullah Xamenei  iranlı hacıların sağ-salamat vətənə dönüşünü  bayram günü kimi dəyərləndirib və deyib ki,hacıların hörmətinin, izzətinin qorunması, təhlükəsizliyinin təmini məni narahat edən məsələlərdən biridir. “Məsul şəxslərin hesabatına əsasən, cari ilin Həcc mövsümündə  zəvvarların hörmətinin qorunması sahəsində razılıq edilib. Baxmayaraq ki, bəzi pozuntu halları baş verib və lazımdır onlar haqqında ölçü götürülsün.”
 
Ayətullah Xamenei  hazırda İran İslam Respublikası qarşısında müxtəlif növ təbliğat imkanlarına malik böyük təhlükəli cəbhənin olduğunu vurğulayıb. “Bu təhlükəli cəbhə ilə  mübarizə yolu aydınlanma, fəal və hücum xarakterli təbliğat aparmaqdır.  İslam sistemi bu cəbhə qarşısında müqavimət göstərmək və hücum üçün geniş  potensial və gücə malikdir.  Həcc ziyarəti bunun üçün ən əsas mərkəzlərdən biridir. Həcc ziyarəti dünya xalqları ilə əlaqələr qurmaq və qarşı tərəfin təbliğatının qarşısını almaq üçün ən yaxşı təbliğat minbəridir.”
 
Ayətullah Xamenei deyib ki,  Həcc ziyarəti zamanı  İranın dünya xalqları ilə əlaqə qurma vasitələrinin  - Kumeyl duası,  müşriklərdən birət mərasimi  və digər toplantıların məhdudlaşdırılması  Səudiyyə Ərəbistanın İslam Respublikası əleyhinə hiyləsidir. “Bu gün İslam dünyasında çox sayda elita həqiqətləri İslam Respublikasının dilindən eşitmək istəyir.  Ona görə hegemonlarla mübarizə,  Qərbin mahiyyətinin ifşası,  İslam düşmənlərindən biraət  və Kumeyl duasının geniş məzmunlarını  səlis ədəbiyyat, yaxşı bəyan və  tutarlı sübutlarla  yeni təbliğat vasitələri ilə insanlara çatdırmalısınız.”
 
Ayətullah Xamenei həmçinin Həcc ziyarətinin təşkilatçılarına ərzaq məhsullarının zəvvarlar üçün İranın daxilindən tədarük etməyi məsləhət görüb və deyib ki, hesabatlara əsasən cari ilin Həcc mövsümündə iranlı hacıların Səudiyyə Ərəbistanda alış-verişi azalıb. Əgər bu hesabat düz və dəqiq aparılıbsa, sevindirici haldır.
 
 

Google+ WhatsApp ok.ru