Ayətullah Xameneyi: `Onlar planı cırarsa, biz onu  tikə - tikə doğrayacayıq`

Ayətullah Xameneyi: `Onlar planı cırarsa, biz onu tikə - tikə doğrayacayıq`

Xəbər verdiyimiz kimi Ali Rəhbər Ayətullah Xamenei bu gün səhər minlərlə yüksək elmi intellekt və istedadı olan  gənclərlə görüşüb. 
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei çıxış edərək asılılığın səfalətə səbəb olduğunu bildirib.  “Bəziləri  100 il öncədən  deyirdilər ki, əgər inkişaf etmək istəyirsizsə gərək Qərbin diqtəsi altına girəsiniz.  Bu gün də onların  tör-töküntüləri  həmin sözləri deyirlər. 50 il  Pəhləvi rejimi  dövrdə Qərbin himayəsi altında idik, hansı inkişafı  əldə etdik?”
 
Ayətullah Xamenei bildirib ki,  İslam İnqilabının bərəkəti ilə idi ki,  siyasi asılılıq bitdi amma  digər asılılıqların məhv edilməsi çətindir. “Asılılıq səfalətə  səbəb olur.  Asılılıqdan qurtulmağın  əsas ünsürlərindən biri  elmi inkişafdır”. 
 
Ayətullah Xamenei əlavə edib ki, ölkə sənayesi montaj probleminə düçar olub və bu sənət və universitetinin bir-biri ilə əlaqəsinin olmamasına görədir. “10 illik bir zaman kəsiyində  ölkənin sənayesi  montaj işlərindənn  innovasiyaya doğru yönəldirilməlidir.”
 
“Trampın axmaqlığı bizi Amerikanın hiyləsindən yayındırmasın”
 
Çıxışının davamında Ayətullah Xamenei  deyib ki,  biz Amerikanın hakimiyyəti altından çıxıb,  Qərbin bizə qarşı düşmən mövqeyinə baxmayaraq güclü inkişaf edə bilmişik. “Bütün bu inkişaf və uğurlarımız sanksiyalar dövründə baş verib. İstəmirəm vaxtı  ABŞ prezidentinin  boşboğazlıq və cəfəngiyatına cavab verməklə itirim. Ona cavab vermək vaxt itgisidir. ABŞ beynəlxalq sionizmin  brokeri, İŞİD və təkfirçi cərəyanların yaradıcısıdır.  Siz gözləyirsiz ki, Amerika İŞİD-in qarşısında dayanan qüvvənin əlindən əsəbləşməsin? Əsəbləşiblər, çünki  İslam Respublikası bu gün  onların Livanda, Suriyada, İraqda və başqa yerlərdəki planlarını pozub.  Hamı əmin olsun ki,  bu dəfədə  Amerikanın ağzına möhkəm yumruq dəyəcək.  İran xalqı qarşısında məğlub olacaq.  ABŞ prezidenti  axmaqlıq edir, lakin bu bizi onların hiyləsindən yayındırmasın”. 
 
Çıxışının davamında Ayətullah Xamenei bildirib ki,  Avropa  dövlətləri Hərtərəfli Birgə Fəaliyyət Planın (HBFP) icrasının zəruriliyini vurğuladılar və ABŞ prezidentinin sözlərini pisləyiblər. Biz bunu alqışlayırıq amma yalnız “HBFP-ni cırmasın” demələri kifayət etmir. 
 
“HBFP-nin icrası onların xeyrindədir. Qarşı tərəf bu planı pozmasa bizdə onu pozmayacağıq. Amma əgər onlar planı cırarsa, biz onu  tikə - tikə doğrayacayıq”.
 
Ayətullah Xamenei deyib ki,  Avropa əvvəl onların əməli addımlarının qarşısında durmalıdır. İkincisi bizim müdafiə məsələlərimizə müdaxilə etməməlidirlər.  “Gəlib desinlər ki, İran nə üçün regiondakı proseslərə qarışır? Yaxşı edir. Və ya desinlər ki, İran nə üçün raketə sahibdir? Yaxşı, bəs siz niyə raketə sahibsiz?  Sizin niyə atom bombanız var?”
 

Google+ WhatsApp ok.ru