Ayətullah Xamenei: Rəsmilərin zəlzələdən zərərçəkənlərin dərdinə şərik çıxması özünü əməldə göstərməlidir - FOTO

Ayətullah Xamenei: Rəsmilərin zəlzələdən zərərçəkənlərin dərdinə şərik çıxması özünü əməldə göstərməlidir - FOTO

-- insanlara yardımlar tam güclə həyata keçirilməlidir ki, onların çətinlikləri və əzab-əziyyətləri azalsın

Rəsmilərin zəlzələdən zərərçəkənlərin dərdinə şərik çıxması özünü əməldə göstərməlidir və insanlara yardımlar  tam güclə həyata keçirilməlidir ki, onların çətinlikləri və əzab-əziyyətləri azalsın. 
 
Maide.Az “Leader.ir”-ə istinadən xəbrə veri rki, Ali Rəhbər  Ayətullah Seyid Əli Xamenei çərşənbə axşamı günü  ölkənin məsul şəxsləri ilə keçirdiyi görüşdə Kirmanşahda baş vermiş ağır və acı hadisədən dərindən kədərləndiyini bildirib və bu acı hadisəni ölkə rəsmilərinin öz vəzifə borclarını  yerinə yetirməsi üçün ilahi sınaq və əməl meydanı adlandırıb. 
 
Ayətullah Xamenei əlavə edib ki, bu iki gündə rəsmilər, o cümlədən prezident zəlzələdən zərərçəkən insanların yanına gedərək onların dərdinə şərik olub. “Ümid edirik  vətəndaşlara yardım prosesini əməl meydanında bütün gücləri səfərbər etməklə baş tutacaq.  Və havaların soyuq olması və qarşıda qış fəslinin olduğunu nəzərə alaraq zərərçəkmişləri problemləri öz həllini tapacaq və əzab-əziyyəti azalacaq.”
 
Ayətullah Xamenei bildirib ki, bu hadisələr hamını kömək səhnələrinə daxli edir, ümidvarıq ki, bu sevgi və qardaşlıq nəticəsində ilahi bərəkət qəhrəmanlar yetişdirən Kirmanşah və bütün İran xalqına şamil olacaqdır. 
 
"Biz bu matəmdə Kirmanşah vilayətinin qeyrətli əhalisi və şücaətli sərhədçilərinin dərdinə şərikik" deyən Ayətullah Xamenei bildirib ki, yaxınlarını itirmək böyük və ağır dərddir. Lakin ümid edirik ki, Allah-taala zərərçəkmiş bütün ailələrin ürəklərinə sakitlik bəxş edəcək və onların gözünü öz rəhmətinə açacaqdır. 
 
Bazar ertəsi günü İranın qərbində 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində indiyə qədər 432 nəfər həyatını itirib, 7817 nəfər yaralanıb. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru