Ayətullah Xameneyi: `Biz o gün üçün çalışmalıyıq`- YENİLƏNİB 23 Noyabr 2017 02:00 Çıxışlar -- Ayıq və sayıq olmaq lazımdır. Ayıq olmağın şərtlərindən biri də... (İlk xəbər bu gün saat 09:58 dərc olunub) Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Tehranda keçirilən “Əhli-beyt (ə) sevərlər və təkfirçilik məsələsi” beynəlxalq konfrans iştirakçıları ilə görüşüb. O, çıxış edərək bildirib ki, hazırda İslam ümməti arasında vəhdət və birlik hər şeydən vacibdir. Maide.Az “Leader.ir” saytına istinadən məlumat verir ki, Ayətullah Xamenei bildirib ki, mövcud vəziyyətdə İslam Respublikası müsəlmanlar arasında müharibə və qarşıdurmalar yaratmaq istəyən hegemon və sionizm cəbhəsi qarşısında durub və Allahın izni ilə bu mübarizədə qələbə qazanacaq. Necə ki, İraqda və Suriyada xəbis ağac olan İŞİD-i məhv etdi. Ayətullah Xamenei deyib ki, İraq və Suriyada İŞİD əfsanəsi sona çatsa da düşmənlərin hiylə və çirkli planlarından qəflət etməmək lazımdır. “Çünki ABŞ, sionizm və onların davamçıları İslamla düşmənçilikdən əl çəkməyəcək. Ola bilsin İŞİD kimi və ona oxşar digər planları regionda işə salsınlar.” Ayətullah Xamenei deyib ki, düşməni görməməzlikdən gəlmək olmaz: “Ayıq və sayıq olmaq lazımdır. Ayıq olmağın şərtlərindən biri də İslam Ümməti arasında qardaşlıq və məhəbbətin çoxalmasıdır. Bu qardaşlığın tələbi isə İslam dünyasına açıq şəkildə düşmənçilik edən və düşmənlərə yardım edənlərlə mübarizə aparmaqdır. Ayətullah Xamenei Əhli-beytə (ə) sevginin müsəlmanlar arasında vəhdət üçün əlverişli sahələrdən biri olduğunu da diqqətə çatdırıb: “Müxtəlif ölkələrdə Əhli-beyti (ə) sevənlərin ən önəmli vəzifələrindən biri İslam dünyasında baş verən həqiqətləri müsəlmanlara çatdırmaq və İslam ümməti arasında ixtilaf və düşmənçilik toxumu səpənlərə qarşı ayıq və sayıq olmaq ruhiyyəsini yaratmaqdır”. Ayətullah Xamenei qeyd edib ki, İslam dünyası bu gün küfr cəbhəsi və hegemonlar qarşısında durmaq gücünə malikdir və İrandakı İslam sistemi İslam düşmənlərinə qələbə üçün bir vasitə olacaq. Fələstin məsələsinə toxunan Ali Rəhbər bunun İslam dünyasının birinci məsələsinin olduğunu vurğulayıb. “İslam düşmənlərinə qələbənin açarı Fələstin məsələsindədir. Ona görə ki, küfr, sionizm və hegemon cəbhə Fələstini işğal etməklə oranı region ölkələrində təhlükəsizliyi pozmaq üçün bir vasitəyə çevirib. Xərçəng şişi olan İsrail ilə mübarizə aparmaq lazımdır”. Ayətullah Xamenei deyib ki, düşmənlərin əsas məqsədi müsəlmanlar arasında ixtilaf yaratmaq və sionist rejim üçün təhlükəsiz kəmər yaratmaqdır. “Ümid edirəm ki, bir gün gələcək Fələstin xalqı öz torpaqlarına sahib olacaq və o gün İslam dünyasının bayram və sevinc günü olacaq. Fələstin fələstinlilərin qucağına qayıtdığı gün hegemonlara möhkəm və əsl bir zərbə dəyəcək və biz o gün üçün çalışmalıyıq." Görüşə dair fotoları bu linkdən izləyə bilərsiz. Teqlər : #Ayətullah Xameneyi: `Biz o gün üçün çalışmalıyıq` YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: Mömin gənclər ABŞ-ı diz çökdürdü Şəhidlərin xatirəsinin unutdurulmasına imkan vermək olmaz
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO