Ayətullah İsa Qasimin vəziyyəti ağırlaşıb -FOTO

Ayətullah İsa Qasimin vəziyyəti ağırlaşıb -FOTO

-- Bəhreyn muxalifəti xəbərdarlıq edib

Bəhreynin əd-Dərraz bölgəsində rejim qüvvələrinin nəzarətində ev dustağı edilən Ayətullah İsa Qasim daxili qan axmadan əziyyət çəkir. O xəstəlikdən çəkisinin yarısını itirib və təcili cərrahiyyə əməliyyatına ehtiyacı var.
 
Bu barədə bəhreynli həkim İbrahim əl-Əradi məlumat verib.
 
Digər səhiyyə mənbələri bildiriblər ki Ayətullaha İsa Qasimin həyatı təhlükədədir.
 
Bəhreynin əl-Vəfaq hərəkanın baş katibinin müavini Hüseyn əd-Dəyhinin sözlərinə görə, Ayətullah İsa Qasimin vəziyyəti ötən gün kəskin dərəcədə pisləşib və bu həm daxil həm də xarici üçün bir həyəcan siqnalıdır. 
 
Qeyd edək ki, Şeyx İsa Qasim bir ildən artıqdır ki Bəhreyndə ev dustağıdır. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı muhasirədə saxlayır. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür.(İslaminsesi)
 
 

Google+ WhatsApp ok.ru