Ayətullah İsa Qasim xəstəxanaya köçürülüb

Ayətullah İsa Qasim xəstəxanaya köçürülüb

-- Ayətullah İsa Qasimin vəziyyətin pisləşib

Ayətullah İsa Qasimin ailəsi bu gün səhər onu  xəstəxanaya köçürüb. 
 
Maide.Az  ərəb mənbələrinə istinadən xəbər verir ki, bu barədə Bəhreyn “ƏL-Vifaq” İslami Cəmiyyəti bəyanat yayıb. Ayətullah İsa Qasimin vəziyyətin pisləşdiyi və ona görə xəstəxanaya yerləşdirildiyi bildirilir. 
 
Yaxınları bildirib ki, o xəstəlikdən çəkisinin yarısını itirib və təcili cərrahiyyə əməliyyatına ehtiyacı var.
 
Qeyd edək ki, bundan öncədə onun xəstəxanaya köçürülməsi ilə bağlı xəbərlər yayımlanmışdı.  Lakin sonradan məlum oldu ki, Ali Xəlifə rejimi sağlamlıq durumu çox ağır olan Ayətullah İsa Qasimin xəstəxanaya köçürülməsinə icazə vermir. 
 
Artıq bir neçə gündür ki, Bəhreynin müxtəlif bölgələrində  Ayətullah İsa Qasimin xəstəxanaya köçürülməsi tələbi ilə etiraz aksiyaları keçirilir. Bundan başqa  bir sıra beynəlxalq təşkilatlar da Bəhreyn rejimindən Ayətullah İsa Qasimin müalicəsi üçün şərait yaradılmasını tələb edib. 
 
Noyabrın son günlərində Bəhreynin əd-Dərraz bölgəsində rejim qüvvələrinin nəzarətində ev dustağı edilən Ayətullah İsa Qasim daxili qan axmadan əziyyət çəkməsi, xəstəlikdən çəkisinin yarısını itirdiyi və təcili cərrahiyyə əməliyyatına ehtiyacı olduğuna dair məlumat yayılmışdı. 
 
Xatırladaq ki, Şeyx İsa Qasim bir ildən artıqdır ki, ev dustağıdır. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı mühasirədə saxlayır. Hökumət həmçinin onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür.

Google+ WhatsApp ok.ru