Ayətullah Xamaneyi Avropada təhsil alan tələbələrə müraciət etdi

Ayətullah Xamaneyi Avropada təhsil alan tələbələrə müraciət etdi

-- Gənc tələbə hazırkı dövrü (zəmanəsini) tanımalı, baş verən prosesləri bilməli və....

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının  illik qurultayına ünvanladığı müraciətdə bildirib ki, gənc tələbə hazırkı dövrü (zəmanəsini) tanımalı, baş verən prosesləri bilməli  və  özünü ona hazırlamalıdır.”
 
Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, müraciət Ayətullah Xameneinin Avropada təhsil alan tələbələrlə iş üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Cavad Ejeyi tərəfindən bu gün İslami Assosiasiyalar İttifaqının  Avstriyanın Vyana şəhərində İmam Əli (ə) adına İslami Mərkəzdə keçirilən toplantısında oxunub. 
 
Müraciətin tam mətni:
 
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
 
Əziz tələbə gənclər!
 
“Hazırkı dövr və dünyada baş verən proseslər gənclər üçün keçmişdə bənzəri olmayan və ya bilinməyən gözləntilər yaradır.  Gənc tələbə baş verən dəyişiklikləri və gözləntiləri  düzgün tanımalı, özünü ona hazırlamalıdır. Tələbələrin İslami Assosiasiyalar İttifaqı və dini atmosferdə olmaq  sizə  bu məsələdə (hazırlanmaqda) yardımçı ola bilər. Önəmli məsələ odur ki, vəzifə borcunuzu Allaha xatir və şövqlə  yerinə yetirəsiniz.  Əgər bunları bacarsanız, Allahın hidayəti yardımınıza gələcək inşallah.  Uca Allahdan hər birinizə  səadət diləyirəm.”

Google+ WhatsApp ok.ru