Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığı ləğv olundu

Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığı ləğv olundu

-- Ali Məhkəmə hökmü qüvvədə saxlayıb

Bəhreyn rejim Ali Məhkəməsi Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim barəsində qərarını açıqlayıb. 
 
Maide.Az “Mehr”  agentliyinə istinadən xəbər verir ki, Bəhreyn rejim Ali Məhkəməsi ölkə şiələrinin lideri  Ayətullah Şeyx İsa Qasimin barəsində 1 il müddətinə azadlıqdan məhrum etmə və onun vətəndaşlığının əlindən alınmasına dair ötən ilin noyabr ayında çıxarılan qərarı qüvvədə saxlayıb. 
 
Şeyx İsa Qasim bir müddət üncə əməliyyat olunub. O hazırda ev dustaqlığında saxlanılır.   
 
Xatırladaq ki, Bəhreyn insanların vətəndaşlıqdan məhrum edilməsinə görə dünyada birinci yerdədir. Statistikaya görə bu ölkə son bir ildə 250 insanı vətəndaşlıqdan məhrum edib. Ali-Xəlifə rejimi ölkədə demoqrafik vəziyyəti hakim ailənin xeyrinə dəyişmək üçün fəalları vətəndaşlıqdan məhrum edir və onların yerinə Cənubi-Şərqi Asiya ölkələrindən vətəndaşlıq istəyən şəxslərə Bəhreyn pasportu almaq üçün asan şərait yaradır.  
 

Google+ WhatsApp ok.ru