Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

-- Ayətullah Nəsrullah Şahabadinin vəfatı münasibətilə

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei dəyərli alim mərhum Ayətullah Nəsrullah Şahabadinin vəfatı münasibətilə  başsağlığı  verib. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Dəyərli alim  Cənab Ayətullah Nəsrullah  Şahabadinin  vəfatını onun yaxınlarına, şagirdlərinə,  sevənlərinə, dini elmiyyə hövzələrə və ruhanilərə başsağlığı deyirəm. Mərhum Ayətullah  Şahabadi  İmam Xomeyni (rə) cənablarının  şagirdi və yaxınlarından idi. İnqilab və İslam Respublikası sisteminə vəfadar və xidmətçi insanlardan olub.  Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
 
Qeyd edək ki, mərhum  Ayətullah  Şahabadi  mart ayının 12-də  Tehranda vəfat edib. 

 

Google+ WhatsApp ok.ru