Ayətullahul Üzma Seyyid Əli Xameneinin şəri suallara cavabları - YENİ

Ayətullahul Üzma Seyyid Əli Xameneinin şəri suallara cavabları - YENİ

-- Yeni İstiftaat – may, 2018

Müxtəlif şərait və hallarda nafilə (müstəhəb) namazlarının qılınması qaydası
Sual 1: Nəqaliyyat vasitələri ilə yol gedərkən və həmçinin sabit (hərəkətsiz) və ixtiyari halda nafilə namazının rüku və səcdələrini işarə ilə və üzü qibləyə olmağı riayət etmədən yerinə yetirmək olarmı?
Cavab: Nəqaliyyat vasitələri ilə yol gedərkən qibləyə riayət etmək vacib deyil, rüku və səcdələri də işarə ilə yerinə yetirmək, kifayətdir. Müəyyən bir yerdə sabit olduğu halda isə namazqılanın həm qibləyə riayət etməsi, həm də rüku və səcdələri düzgün yerinə yetirməsi lazımdır. Amma nafilə namazını adi şəraitdə öz ixtiyarı ilə və bilərəkdən oturub qılmasının da eybi yoxdur.

 

Şəri hökmləri öyrənməkdə səhlənkarlıq
Sual 2: Din və şəriət hökmlərini öyrənməkdə səhlənkarlıq edən kəs günahkardırmı?
Cavab: Əgər hökmləri öyrənməmək vaciblərin tərk etmək, yaxud harama düşməklə nəticələnəcəksə, günahkardır.

 

Namaz halında səcdəsi vacib olan ayələri eşitmək
Sual 3: Əgər bir kəs namaz halında ikən səcdəsi vacib olan ayəni eşidərsə, hökmü nədir?
Cavab: Əgər namaz arasında səcdəsi vacib olan ayə eşitsə, namazı düzdür və ayəni eşitdikdən sonra səcdəyə getmədən onu işarə ilə yerinə yetirsin.
 
Kiberməkanda əsərlərin mülkiyyəti, müəlliflik və malikiyyət hüquqları
Sual 4: Virtual məkanda mənbəyə istinad etməklə qrafik işlərini kopyalamaq, yaxud film, klip, musiqi yükləmək şəri baxımdan işkallıdırmı?
Cavab: Bu kimi şeylərdən ümumi istifadənin azad olduğunu müəyyənləşdirən göstərici, şahid yaxud standartlar varsa, işkalı yoxdur. Əks halda isə ehtiyat vacibə əsasən, bu şeylərin alışı, satışı və kopyalanması icazəli deyil.

 

Yumuşaq mebel (divan-kreslo) və stulun paklanması

Sual 5: Əgər xalça və ya yumşaq mebel dəstinə uşaq nəcisi ilə nəcis olmuş su sirayət edərsə (hoparsa), onu necə paklamaq olar?
Cavab: Nəcasətin eynini (özünü) kənarlaşdırdıqdan sonra iki yoldan biri ilə paklamaq olar:
1- Qəlil (az) suyu nəcis olmuş yerə töküb, sonra sıxıb suyunu çıxarmaqla;
2- Kürr suya birləşmiş şlanqın suyunu nəcis olmuş yerlərə sirayət edəcək şəkildə nəcis xalça və ya yumşaq mebelin üzərinə tutmaq lazımdır. Ehtiyat vacibə əsasən, su nəcis yerə töküldüyü zaman üstündən əl çəkmək kimi hərəkətlərlə qüsaləni 
[1]  hərəkət etdimək lazımdır.

 

Sosial şəbəkələrdə naməhrəmlə ünsiyyətdə olmaq
Sual 6: Sosial şəbəkələrdə naməhrəmlə səsli, görüntülü, yazılı formada söhbət və ya zarafat etmək, yaxud da əks cinsin nümayəndəsini "ilzə"mək və “layk” etmək haramdırmı?
Cavab: Ümumiyyətlə naməhrəmlə ünsiyyət və əlaqə fəsada yol açarsa, yaxud aralarında harama düşmək qorxusu baş qaldırarsa, caiz deyil.

 

Palazın paklanması
Sual 7: Yerə yapışdırılmış palazın paklanma qaydası necədir?
Cavab: Nəcasətin eyni (özü) aradan qaldırıldıqdan sonra şlanqın suyunu nəcis olmuş yerlərə sirayət edəcək qədər onun üzərinə tutmaq lazımdır. Ehtiyat vacibə əsasən, su palazın üzərinə axdığı vaxt sıxmaq və ya əl çəkməklə də olsa qüsaləni hərəkət etdirmək lazımdır.
 
Müştərinin hədiyyəsi
Sual 8: Bir nəfər təşəkkür adı ilə işçiyə hədiyyə verərsə, xümsü necədir? Hərçənd işçi heç bir qarşılıq gözləmədən o işi görmüşdür?
Cavab: İş mühitində müştəri tərəfindən hədiyyə verilməsi ən təhlükəli hallardandır və mümkün olduğu qədər bundan çəkinmək lazımdır ki, dünya və axirət xeyrinədir. Yalnız bir halda onu almaq icazəlidir, o da, hədiyyə verənin çoxlu israrı, qəbul edənin də imtinalarından sonra işin bitməsi, arada müzakirə və hər hansı təvəqqe olmamaq şərti ilə bir şəkildə hədiyyə edilmiş olsun.

 

Uşaqların məscidə gəlməsi
Sual 9: Azyaşlı uşaqları məscidə aparmaq məkruhdurmu?
Cavab: Uşağı məscidə gətirmək namaz qılanların əziyyətinə gətirib çıxarırsa, yaxud məscidi nəcis etməsi ehtimalı yaradırsa, məkruhdur. Digər halda onları məscid və namaza rəğbətləndirirsə, müstəhəb və gözəldir.

 

İcarə bitdikdən sonra mülkün boşaldılmaması
Sual 10: Əgər bir nəfər mülk icarə edib icarə müddəti bitdikdən sonra ora boşaltmırsa, bu halda hökm nədir?
Cavab: Mülk sahibinin icazəsi olmadan icarə müddətindən artıq qalmaq qəsbi hökmündədir.

 

Qeyri-mötəbər həkimin qadağası
Sual 11: Şəri məsələlərə ciddi yanaşmayan bəzi həkimlər, xəstələrə oruc tutmağı zərərli bilir və bundan çəkindirirlər. Həmin həkimlərin sözü höccətdirmi (dəlildirmi)?
Cavab: Mükəlləfin öz diaqnozu meyardır. Mükəlləf məntiqi olaraq ehtimal versə və ya qorxsa ki, oruc tutmaq ona zərərdir, oruc tutması vacib deyil. Əlbəttə zərərdən qorxu bəzən etibarlı mütəxəssislərin sözündən, bəzən də oxşar xəstələrin və ya xəstənin öz təcrübəsindən hasil olur.

 

Oruc tutanın diş çəkdirməsi və ya təmir etdirməsi
Sual 12: Diş çəkdirmək, diş plomlamaq, keyitmək, protez qoymaq kimi stamotoloq işləri orucu batil edirmi?
Cavab: Boğaza bir şey getmədiyi halda oruc səhihdir.

 

Zərər qorxusu ilə hamilə və südverən qadının orucu
Sual 13: Bir qadın iki il ardıcıl olaraq ramazan aylarında hamilə olub və həmin vaxtlarda oruc tutmağa gücü olmayıb. Hal-hazırda isə oruc tutmaq gücü var, bu halda hökmü nədir? Cəm kəffarə verməlidir, yoxsa, təkcə qəzalarını yerinə yetirməlidir? Orucun qəzalarını təxirə salmasının hökmü nədir?
Cavab: Əgər şəriətdə nəzərdə tutulmuş üzr səbəbindən ramazan ayının orucunu tutmayıbsa, təkcə qəzası vacibdir. Əgər oruc tutmamasından üzrü bətnindəki körpəyə və ya (südəmər) uşağına zərər gələcəyindən qorxduğuna görədirsə, qəzasından əlavə hər gün üçün fidyə olaraq bir müdd (750 qram) təam verməlidir. Əgər üzrü özünə zərər gələcəyindən qorxduğuna görədirsə, bunun hökmü zərər qorxusunun digər bəndlərindəki kimidir. Belə ki, bu qorxu növbəti ilin ramazan ayına kimi davam edərsə, qəzası boynundan düşür və təkcə fidyə (bir müdd = 750 qram təam) verməlidir.
(leader.ir)
----------
 [1]  Qüsalə - yuyulan bir şeydən, yuyulduğu zaman və ya ondan sonra, öz-özünə və ya sıxılmaq nəticəsində, adi şəkildə ayrılan suya deyilir.

 

Google+ WhatsApp ok.ru