Ayətullah Xameneinin ofisi: 15 iyun  Fitr bayramı günüdür

Ayətullah Xameneinin ofisi: 15 iyun Fitr bayramı günüdür

Şəvval ayı müşahidə olunduğu üçün  iyun ayının 15-i Şəvval ayının 1-ci günü və Fitr bayramı günüdür. Bunu Ali Rəhbər  Ayətullah Seyyid Əli Xameneinin ofisi yanında ayın müəyyən edilməsi üzrə komitə məlumat verib.
 
Maide.Az  “İribnews”a istinadən xəbər verir ki,150 ekspert qrupu ayın müəyyənləşdirilməsi üzrə işlər aparıb. 
 
"Mübarək Ramazan ayında  tutulan oruclar və edilən ibadətlərin qəbul olunması arzusu ilə,  elən edirik ki,  ölkənin bir neçə bölgəsində  verilən  dəqiq məlumatlara görə,  Şəvval ayının ayı bu gün  görsənib  və  Ali Rəhbər Ayətullah Xamenei cənablarına  ayın görsənməsi sübuta yetirilib.  Buna görə sabah (iyun ayının 15-i)  Fitr bayramı günüdür. 
 
Bu bayram münasibəti ilə  bütün  mömin qardaş və bacıları  təbrik edirik.  Fitr bayramı namazı  ölkənin bütün bölgələrində  qılınacaq."
 
Qeyd edək ki, Fitir bayram namazı sabah Tehranda Ali Rəhbər Ayətullah Xameneinin imamətliyi ilə  saat 7-də qılınacaq. 
 

Google+ WhatsApp ok.ru