Ayətullah Xamenei: Fələstin dövlətinin qurulması saxta sionist rejimini məhv edəcək - FOTO

Ayətullah Xamenei: Fələstin dövlətinin qurulması saxta sionist rejimini məhv edəcək - FOTO

-- həqiqi fələstinlilər – müsəman, məsihi və yəhudilər - arasında referendumun keçirilməsinin zəruridir

İslam ümmətinin şərəf və ləyaqətinin ən mühüm elementi vəhdət və ixtilafların aradan qaldırılmasıdır.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ayətullah Xamenei İslam ölkələrinin səfirlərilə görüşdə bildirib. 
 
Fitr bayramı münasibətilə müsəlmanları təbrik edən Ayətullah Xamenei qeyd edib ki, xüsusi ilə regiondakı  İslam ölkələri arasında ixtilaf yaradan amillərin ən əsası cinayətkar ABŞ və sionist rejimin yürütdüyü qaba siyasətdir.  “Başlıca problem İsrail rejimininin leqitim olmamasıdır, çünki bu quruluş yalan üzərində bərqərar olub. Əminik ki, ilahi  tofiq və müsəlman xalqlarının  səyi nəticəsində məhv olacaqdır.”
 
Ayətullah Xamenei bildirib ki, hegemon güclərin regiondakı siyasəti ilə yeganə mübarizə yolu düşmənin planlarını tanımaq və onların qarşısında müqavimət göstərməkdir. “Burada əsas məsuliyyət İslam ölkələrinin siyasi, dini və mədəni elitası üzərinə düşür.  Regionun bəzi zəif ölkəlkərinin aşkara və gizlincə  işğalçı rejimlə diplomatik əlaqələr qurması və ABŞ-ın səfirliyini Qüdsə köçürməsi “sionist rejim problemi”ni həll etməyəcək.  Çünki bu rejim zorakılıq, qətliam və bir xalqı öz doğma torpaqlarından çıxarmaq üzərində qurulub. Odur ki, İslam ümməti İsrialin leqetimliyini tanımır.Məhz bu Fələstin xəritəsini  dünya coğrafiyasının tarixi yaddaşından silə bilməyəcək.”
 
Ayətullah Xamenei  həqiqi fələstinlilər – müsəman, məsihi və yəhudilər -  arasında referendumun keçirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, fələstində dövlətin referendom nəticəsində formalaşması lazımdır. Çünki bu referendumun keçirilməsi və həqiqi fələstinlilərin səsi ilə Fələstin dövlətinin qurulması saxta sionist rjeimin məhv olmasıdır. Əminliklə deyə bilərik ki, bu yaxın gələcəkdə bu baş verəcək. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru