Ayətullah Möhsün Əraki İƏT-in tərkibində İslam Polis Birliyinin yaradılmasını təklif etdi

Ayətullah Möhsün Əraki İƏT-in tərkibində İslam Polis Birliyinin yaradılmasını təklif etdi

-- Generalla görüşdə

İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatının baş katibi Ayətullah Möhsün Əraki İslam ümmətində birlik və həmrəyliyin əhəmiyyətinə toxunaraq, İslam Əməkdaşlıq Təşkilatının tərkibinə İslam Polis Birliyinin yaradılmasını təklif edib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Ayətullah Möhsün Əraki İranın beynəlxalq polis rəisi general Hadi Şirzad ilə keçirdiyi görüşdə bu təklifini səsləndirib.
 
O, İslam Birliyi Konfransının beynəlxalq aləmdə xüsusi çəkisinin olduğunu, beynəlxalq arenada daha çox əməkdaşlıq üçün bundan istifadə oluna biləcəyini deyib.
 
Ayətullah Əraki İslam dininin sülhə və cinayətin qarşısının alınmasına təkid etdiyini vurğulayaraq, İslam Əməkdaşlıq Təşkilatının nəzdində İslam Polis Birliyinin bir təklif olaraq gündəmə gətirilməsini istəyib.
 

Google+ WhatsApp ok.ru