Ayətullah Xameneyi: ABŞ-ın imzasının üzərində hesab qurmaq olmaz

Ayətullah Xameneyi: ABŞ-ın imzasının üzərində hesab qurmaq olmaz

Xəbər verdiyimiz kimi  bu gün səhər Aliı Rəhbər  Ayətullah Xamenei İranın xarici işlər naziri, XİN-nin məsul şəxsləri və İslam Respublikasının digər ölkələrdəki səfirləri  ilə görüşüb. 
 
Maide.Az "leader.ir" saytına istiandən xəbər verir ki, Ayətullah Xamenei görüşün əvvəlində  İranın xarici siyasətinin əsas hədəfini  sözün həqiqi mənasında milli mənafeyi qorumaq olduğunu və  İslam sistemində  diplomatiyanın zərurətləri haqqında danışıb.  
 
Ayətullah Xamenei  digər ölkələrlə  məqsədli və  ağıllı davranışla əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. 
 
Ayətullah Xamenei  hazırkı şəraitdə  İran İslam Respublikası və İslama qarşı  geniş  cəbhənin formalaşdığını deyib və bildirib ki, XİN və xüsusi ilə səfirlər  İslam və İnqilab dəyərlərinə  sadiq qalmalı və  onların rəftar və danışıqları  İslami dəyərlərin  göstəricisi olmalıdır. 
 
Ayətullah Xamenei prezident Həsən Ruhaninin Avropaya son səfərində  “əgər İran nefti ixrac olunmayacaqsa, regionda heç bir ölkənin nefti ixrac olmayacaq” açıqlamaısnı önəmli  və ölkənin siyasətinə uyğun adlandırıb.  “İran XİN-nin borcudur ki, prezidentin bu kimi mövqeyini ciddi şəkildə davam etdirsin.” 
 
Ayətullah Xamenei  “idyolojik diplomatiya” məsələsinə toxunub və  bildirib ki, bəziləri səhvən  diplomatiya ilə idyologiyanı ayırmaqdan danışır, bu səhvdir. İdeoloji diplomatiyanın heç bir problemi yoxdur. “İslam Respublikasının təşkilindən məqsəd  milli mənafeni  qorumaq,  istiqlal,  azadlıq,  ictimai ədalət,  güc və milli təhlükəsizliyin təminidir.  İdyologiya  da  milli mənafeni təmin etmək ardıncadır və bir xalqın milli kimliyi hesab olunur.”
 
Ayətullah Xamenei  Qərb dövlətlərininin siyasət və hərəkətlərində də idyologiyanın olduğunu vurğulayıb və deyib ki, ABŞ  rəsmiləri dəfələrlə öz çıxışlarında “ABŞ dəyərlərindən” danışırlar. Bu onların idyologiyasıdır və Amerikanın İstiqlal elanından götürülüb.  Avropa ölkələrində də idyologiya düşüncələri  onların siyaslətlərində və hərəkətlərində müşahidə olunur”. 
 
Ayətullah Xamenei  Dünya ilə  məntiqli, məqsədli, ağıllı  və düşünülşmüş əlaqənin qurulmaısnı sistemin İslami baxışından götürüldüyünü və idyolojik diplomatiya ilə tamamilə uyğun olduğuğunu bildirb. 
 
Ayətullah Xamenei  düşmənlərin İrana qarşı psixoloji müharibə məsələsinə toxunub və bildirb ki, düşmənlər öz məqsədlərinə çatmaq üçün  iranfobiya, İrana qarşı düşmənçilik,  demokratiyanın pozulması, azadlığın olmaması və insan haqlarının pozulması kimi ittihamları  davamlı olaraq öz təbliğatlarında  təkrar edirlər. 
 
Ayətullah Xamenei  avropalılar və qərblilərin  keçmiş Koloniyalarda  törətdiyi cinayətlərdən danışıb və bildirib ki, Qərbdə demokratiyanın  bəzi qaydalar və xüsusi  mərkəzlərin baxışında məhdudlaşması,  ABŞ-da və bəzi Avropa ölkələrində  partiya diktaturanın olması,  bəzi qərb ölkələrinin  Səudiyyə ilə əlbir olub Yəməndə cinayətlər törətməsi Qərblilərin insan haqlarını necə pozmasının aşkar nümunəsidir. “Lakin onlar arsızcasına  İranı  bunda ittiham edir, belə ki, bəzi vaxtlar insan onların bu arsızlığına təccüb edir.” 
 
Ayətullah Xamenei  İranın problemlərinin  ABŞ-la müzakirə və ya əlaqə qurmalqla  həll olunacağını düşünməyin aşkar bir yalnış olduğunu vurğulayıb və deyib ki,  ABŞ  İslami sistemin özü ilə kökündən  problemi var.  “Afrika, Asiya və Latın Amerikada bir çox ölkələr var ki,  ABŞ-la münasibətləri var  lakin hələ də çoxlu problemlərlə üz-üzədirlər”.
 
Ayətullah Xameni  ABŞ-ın İranla düşmənçiliyinin dərinliklərini açıqlayıb və deyib ki, ABŞ istəyir ki, İnqilabdan öncəki mövqeyini İranda əldə etsin.  Və ondan aşağısına  razı olmayacaq.
 
ABŞ-ın İranın  nüvə zənginləşdirməsi, gücü  və regiondakı iştirakına qarşı çıxmasının  əsas səbəbini  İslam Respublikasının güc qaynaqları ilə düşmənçilyindən irəli  gəldiyini vurğulayan Ayətullah Xamenei  bildirib ki,  regiondakı proseslərdə iştirak İranın  güc və təhlükəsizlik ünsürlərinin bir parçasıdır.  “Ölkənin  strategiyasıın davamıdır və buna görə düşmənlər bunu istəmirlər. Mən əvvəllər də  ABŞ-ın etibarsız olduğunu  dəfələrlə demişəm. ABŞ-ın imzasının üzərində hesab qurmaq olmaz.  Ona görə  ABŞ-la müzakirənin heç faydası yoxdur.” 
Ayətullah Xamenei  Avropa ölkələri ilə müzakirənin dayandırlımamasını,  lakin onların təkliflər paketindən asılı olmamağı tövsiyə edib və bildirb ki,  ölkə daxilində geniş işlər görülməlidir. “ Bir neçə tərəfli əlaqələr geniş qurulmalıdır. Xüsusiilə  regionda iki tərəfli əlaqələr  inkişaf etdiirlməlidir.  İranın xaricdəki  səfirləri və nümayəndələri ölkənin  potensial və gücünü tamamilə bilməlidir.”

Google+ WhatsApp ok.ru