Ayətullah Xamenei Qurban və Qədir-Xum bayramları münasibətilə əfv fərmanı imzaladı

Ayətullah Xamenei Qurban və Qədir-Xum bayramları münasibətilə əfv fərmanı imzaladı

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Qurban və Qədir-Xum bayramları münasibətilə, ümumi və inqilabi məhkəmələr, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 615 nəfərin əfv olunması və cəzasının yüngülləşdirilməsinə razılıq verib.
 
Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani Ali Rəhbərə məktubla müraciət edərək mübarək Qurban və Qədir-Xum bayramları ilə əlaqədar olaraq, Məhkəmə Hakimiyyətinin Əfv və Amnistiya Komissiyası tərəfindən müvafiq tələblərə cavab verdikləri müəyyən olunmuş 615 nəfər məhkumun cəzasının əfvi, yüngülləşdirilməsi və ya əvəzlənməsini təklif etmişdi. 
 
Ali Rəhbər Ayətullah Xamenei onun bu təklifini müsbət cavablandırıb.
 

Google+ WhatsApp ok.ru