Ayətullah Şeyx İsa Qasim gözündən əməliyyat olunub

Ayətullah Şeyx İsa Qasim gözündən əməliyyat olunub

Şeyx İsa Qasim müalicəsini davam etdirmək üçün İngiltərədə qalmalıdır

 
Bəhreyn Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasim ikinci dəfə gözündən əməliyyat olunub. 
 
Maide.Az  Ahd xəbər saytına istinadla xəbər veri rki,  Ayətullah İsa Qasimin müalicəsini aparan həkimlər Şeyx İsa Qasimin  oktyabrın 11-də  London xəstəxanasında ikinci dəfə gözündən əməliyyat olunduğunu bildirib. 
 
Onun göz əməliyyatının ağır və uzun müddətli olduğu qeyd olunub. 
 
Qeyd edək ki, Bəhreyn alimlərindən Seyid Abdullah Qəriqi ötən gün bildirib ki, Ayətullah Şeyx İsa Qasim müalicəsini davam etdirmək üçün İngiltərədə qalmalıdır. 
 
O bildirib ki, möminlərin duasının bərəkətindən Şeyx İsa Qasimin səhhəti günü-gündən yaxşılaşır, lakin müalicənin tamamlanması üçün Şeyx İsa Qasim  İngiltərədə qalmalıdır. 
 
Uzun müddətdir Ali Xəlifə rejimi tərəfindən ev həbsində saxlanılmış Bəhreyn Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasim, xəstəliyin şiddətlənməsi və fiziki vəziyyətinin pisləşməsindən sonra, son aylarda müalicə və əməliyyat üçün Böyük Britaniyaya gedib. 
 
Ayətullah İsa Qasimın üzərində cərrahiyyə əməliyyatı olunub və hələ də həkimlərin nəzarəti altındadır.  
 

Google+ WhatsApp ok.ru