Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

 Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei dəyərli islam alimi Ayətullah Seyyid Mahmud Haşimi Şəhrudinin vəfatı münasibətilə başsağlığı verib.

Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Dəyərli alim və Məsləhət Şurasının sədri Ayətullah Haşimi Şahrudinin vəfatı xəbərini dərin hüzn və kədərlə aldım.

Təxminən bir il davam edən ağır xəstəlik nəticəsində ortaya çıxan bu ağrılı hadisə, o, böyük ruhaninin İslam nizamı ilə elm hövzələrinə verdiyi xidmətlərdən xəbərdar olan hər kəsi dərindən kədərləndirmişdir.

Konstitusiyanı Qoruma Şurası ilə Siyasi Məsləhət Şurasının nüfuzlu üzvlərindən biri olan bu mühüm şəxsiyyət, elm sahəsində bir çox bərəkətli əsərə imza atmışdır. Ayətullah Şahrudi üç şəhidin qardaşı olmaqla yanaşı, böyük mücahid şəhid Seyid Məhəmməd Baqir Sədrin ən yaxın adamlarından biri idi. O mərhumdan çoxlu elmi əsərlər yadigar qalıb.
Bu dəyərli alimin vəfatı münasibətilə yaxınlarına, hörmətli həyat yoldaşına, şagirdlərinə,  sevənlərinə , Qum dini elmi hövzəyə başsağlığı deyirəm.  Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"

 

Google+ WhatsApp ok.ru