Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İran Silahlı Qüvvələrinin işçilərini daşıyan  yük təyyarəsinin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həyatını itərən şəxslərin ailələrinə başsağlığı  verib. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! İran Silahlı Qüvvələrinin Hərbi Hava Qoşunlarının ölkəyə xidmət edən işçilərini daşıyan təyyarənin qəzası və o əzizlərin həyatını itirməsinə dair acı xəbəri  dərin kədər hissi ilə aldıq. Bu münasibətlə Ordu və Hərbi Hava Qüvvələrə, eləcə də həyatını itirən şəxslərin yaxınlarına başsağlığı deyirəm. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm! Aidiyyatı qurumlar  bu ağrılı hadisəni araşdırmaqla ehtimal olunan səhvlər, boşluqlar və zəiflikləri  tapmalı və həll etməlidir."

Google+ WhatsApp ok.ru