Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ayrı-ayrılıqda iki ictimai və siyasi şəxs – Məhəmməd Nəbi Həbibi və Məhəmməd Mehrayinin vəfatı münasibətilə başsağlığı  verib. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Vəfat etmiş hər iki siyasi və ictimai şəxsin ailəsinə, dostlarına, həmkarlarına və  yaxınlarına başsağlığı deyirəm. 
 
Onlar İnqilabın müxtəlif siyasi və ictimai sahəsində  İslam İnqilabı Sisteminə xidmət etmiş şəxsiyyət olub.Uca Yaradandan onlar üçün ən yüksək dərəcələri verməsini diləyirəm!
 
Qeyd edək ki,  mərhum Məhəmməd Nəbi Həbibi İranın tanınmış partiyalarından birinin baş katibi olub. Müxtəlif dövrlərdə müxtəlif vəzifələrdə çalışmışdır. 
 
Mərhum Məhəmməd Mehrayin iki şəhid atası və  İslam İnqilabına sadiq ictimai şəxs olub. Müxtəlif vəzifələrdə çalışıb. 
 

Google+ WhatsApp ok.ru