Ayətullah Xameneinin iştirakı ilə Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibətilə matəm mərasimi - FOTO

Ayətullah Xameneinin iştirakı ilə Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibətilə matəm mərasimi - FOTO

İslam peyğəmbərinin sevimli qızı Həzrət Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunan matəm günlərinin yetişməsi ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə fevralın 6-dan əza mərasimi təşkil olunur. 
 
Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, xalqın müxtəlif təbəqələrindən olan insanların və hökumət rəsmilərinin iştirakı ilə keçirilən mərasimdə, Höccətül-İslam Xatəmi Həzrət Fatimənin (s.ə) ali şəxsiyyətindən, yüksək keyfiyyətlərindən və üzləşdiyi müsibət və bəlalardan danışıb. 
 
Daha sonra mərsiyələr oxunub. 
 
Həzrət Fatimənin (s) şəhadət günü ilə bağlı iki tarix qeyd olunub: Cəmadiül-əvvəl ayının 13-ü (2019-ci il yanvar ayının 20-i -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2019-ci il fevral ayının 9-u -Peyğəmbərin (s) vəfatından 95 gün sonra).
 
Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün müddətində əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayır. Hər iki tarixdə qeyd olunan əzadarlığa "Əyyami Fatimiyyə" deyilir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru