Ayətullah Xamenei başsağlığı verdi: ‘Bu cinayətdə bölgə və digər ölkələrin casus şəbəkələrinin barmağı var’

Ayətullah Xamenei başsağlığı verdi: ‘Bu cinayətdə bölgə və digər ölkələrin casus şəbəkələrinin barmağı var’

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilab Keşikçiləri Korpusunun hərbçilərinə qarşı olunan terror aktı Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei tərəfindən sərt tənqid olunub. 
 
Maide.Az  “tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki,  Ayətullah Xamenei Sistan və Bəluçistan əyalətində baş vermiş cinayət qurbanların ailəsi və yaxınlarına başsağlığı verib və bu  cinayətdə bölgə və digər ölkələrin barmağı olduğunu və bu məsələnin ciddi araşdırılmasını istəyib. 
 
Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Düşmənlərin əli yenə ölkənin ədalətli gənc xidmətçilərinin qanına bulaşdı. Onlar sərhədlərin qorunması və xalqın təhlükəsizliyini qorumaq üçün canlarını fəad etdilər. Bu cinayətdə bölgə və digər ölkələrin casus təşkilatlarının  barmağı var və aidiyyatı qurumlar bu məsələni ciddi araşdırılmalıdırlar.  Mən bu məzlum şəhidlərin və Sepahın böyük ailəsinə təbrik və başsağlığı verirəm Uca Yaradandan onlar üçün ən yüksək dərəcələri verməsini diləyirəm! Yaralılara Allahdan təcili şəfa arzulayıram. İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) bu ağrılı hadisəni araşdırmalı,  boşluqlar və zəiflikləri  tapmalı və həll etməlidir."
 

Google+ WhatsApp ok.ru