Ayətullah İsa Qasım Qum şəhərinə gəldi

Ayətullah İsa Qasım Qum şəhərinə gəldi

Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım fevralın 23-ü İranın müqəddəs Qum şəhərini ziyarət edib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Ayətullah Şeyx İsa Qasım Qum şəhərinə gələndə əvvəlcə bu şəhərdə yerləşən Həzrət İmam Rzanın (ə) bacısı Həzrət Məsumənin (s.ə) müqəddəs hərəmini ziyarət edib, burada dəfn olunan böyük alimlərin məzarları başında dualar edib.
 
Şeyx İsa Qasım Qumda böyük mərcəyi-təqlid alimlərdən Ayətullah Safi Qolpayiqani ilə də görüşüb.
 
Xatırladaq ki, Ayətullah Şeyx İsa Qasım təxminən 2 il Bəhreyn rejiminin qüvvələri tərəfindən ev həbsində saxlanılmasından sonra, 2018-ci ilin iyul ayında müalicə üçün Böyük Britaniyaya göndərilmişdi. Londonda müalicə olunduqdan sonra İraqın Nəcəf şəhərinə gedən Ayətullah İsa Qasım, orada bir müddət qaldıqdan sonra İranın Məşhəd şəhərinə gəlmişdir.  
 
 
 
 
 

Google+ WhatsApp ok.ru