Ayətullah Xamenei Novruz bayramını qeyd edən bütün xalqları təbrik edib

Ayətullah Xamenei Novruz bayramını qeyd edən bütün xalqları təbrik edib

“Daxili istehsalın daha da inkişaf etdirilməsi” ili

 
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Novruz bayramı, İranda yeni günəş ilinin başlanması və  Əmirəlmöminin Həzrət  Əlinin (ə) mövludu münasibəti ilə təbrik edib.
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei yeni ildə İran və Novruz bayramını qeyd edən bütün xalqlara şadlıq, səadət,  sağlamlıq və maddi və mənəvi xeyir-bərəkət arzulayıb. 
 
Ayətullah Xamenei İran xalqı və hökumətini birliyə çağırıb və  yeni günəş ilini “Daxili istehsalın daha da inkişaf etdirilməsi” ili adlandırıb.  
 
Ayətullah Xameneinin təbrik mesajında bildilir:  
 
  “Allaha həmd olsun ki, Əmirəlmöminin və Təqvalılar Movlasının mübarək mövluduna təsadüf edən novruz bayramı münasibətilə əziz İran xalqı və bu bayramı qeyd edən bütün xalqları təbrik etməyi bizə qismət etdi. Əziz həmvətənlərim, bayramınız mübarək olsun! 
 
Ümidvaram ki, hamınız sağlam şəraitdə, şən əhval-ruhiyyə ilə və maddi-mənəvi müvəffəqiyyətlər içərisində inşallah yeni ilə qədəm qoyursunuz. 
 
Hörmətli şəhid ailələri, əziz qazilər və onların möhtərəm ailələrini xüsusilə təbrik edirəm. Böyük İmamımızın pak ruhuna, eləcə də şəhidlərin pak ruhuna salam və dualarımı ifadə edirəm.
Macəra dolu  bir ili arxada qoyduq. Başa vurduğumuz ildə İran xalqı sözün əsl mənasında parladı. Düşmənlər plan hazırlamışdılar. Xalqın ötkəmliyi, xalqın bəsirəti və gənclərin səyi nəticəsində düşmənlərin planları alt-üst oldu. Sərt sanksiyaları və onların ifadəsi ilə desək-Amerika və Avropanın misli görünməyən sanksiyaları-qarşısında İran xalqı həm siyasi arenada, həm də iqtisadi arenada möhkəm və qüdrətli reaksiya göstərdi. Siyasi arenada bu reaksiyanın təzahürü əzəmətli 22 bəhmən(11 fevral) nümayişləri və xalqın bütün il boyunca öz iradəsini və mövqeyini sərgiləməsi oldu. İqtisadi qarşıdurmadakı mövqeyinə gəlincə isə elmi-texniki novatorluğun artması, infrastruktur və əsaslı yerli istehsalatın artması onun təzahürünü təşkil etdi. Buna, son günlər İranın cənubundakı müxtəlif qaz layihələrinin istifadəyə verilməsini, Bəndər Abbasda nəhəng neftayırma zavodunun istifadəyə verilməsini və bu qəbildən olan işləri misal göstərmək olar.
 
Xalq düşmənlərin düşmənçiliyi və xəbis qərarları qarşısında öz qüdrəti, öz möhkəmliyi və öz əzəmətini nümayiş etdirdi.  Bununla da xalqımızın, inqilabımızın  və İslam Respublikası dövlətinin etibarı  Allaha şükürlər olsun ki, artdı.  Ölkənin əsas problemi bu gün iqtisadi problemdir. Xüsusilə də ötən aylar ərzində xalqımızın məişət problemləri artıb. Bunların bir hissəsi iqtisadi məsələlərdə nöqsanlı idarəçiliyə aiddir ki, mütləq həll olunmalıdır. Proqramlar hazırlanıb, tədbirlər görülür. Allah qoysa bu tədbirlər elə bu andan başlayan yeni ildə 1398-də inşallah öz bəhrəsini verəcək və xalqımız onun təsirlərini hiss edəcək.
 
Mənim qeyd etmək istədiyim məsələ budur ki, ölkənin təcili və prioriteti hələlik iqtisadi məsələdir. İqtisadiyyat sahəsində çoxlu məsələlər mövcuddur. Milli valyutanın öz dəyərini qismən itirməsi mühüm məsələdir. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, zavodlar və fabriklərin problemləri, onların fəaliyyətlərini azaltmaları, bəzi zavodların isə bağlanması bu qəbildən olan bproblemlərdəndir. Mən bu barədə araşdırma aparmışam və ekspertlərin fikirlərindən istifadə etmişəm. Çıxış yolu və problemin açarı milli istehsalın inkişafındadır. 1397-ci ili “İran mallarını və istehsalını dəstəkləmək” ili elan etdik. Bu şüara tam şəkildə əməl olundu deyə bilmərik. Amma, bu şüarın geniş surətdə diqqət mərkəzində durduğunu söyləyə bilərəm. Və əksər hallarda bu şüar xalq tərəfindən qavranıldı və icra olundu və bu qətiyyət təsirli olacaqdır. Bu il istehsal məsələsi gündəmdədir. İstehsal məsələsini fəaliyyətlərin ana xətti kimi təyin etmək istərdim.İstehsal barədə hədəfimi Allah qoysa yeni ilin birinci günü öz çıxışımda izah edəcəyəm. İstehsalda nəyi nəzərdə tuturuq? İstehsal reallaşarsa həm məişət problemlərini həll edər, həm də ölkənin əcnəbilərə və düşmənlərə asılılığına son qoyar. Eyni zamanda işsizlik problemi aradan qalxar və milli valyuta xeyli miqdarda güclənər.Bu səbəbdən istehsal məsələsi mənim qənaətimcə bu ilin əsaslı və prioritet məsələsidir. Elə isə bu ilin şuarını belə təyin etdim: “İstehsalın  daha da inkişaf etdirilməsi” ili.  Hamı çalışmalıdır ki, istehsal ölkədə rövnəqlənsin. İlin əvvəlindən sonunadək inşaallah bu məna ölkədə dolğun şəkildə hiss edilsin. Əgər bu, baş tutarsa, ümid edirəm ki, inşaallah iqtisadi problemlər öz həllini tapacaqdır.
Könüldən gələn sevgimi salam və salavatı Həzrət Vəliyi Əsr Ərvahuna Fədaya ərz edirəm və o imamın dualarının siz əziz xalqımıza şamil olmasını arzulayıram.
 
İran xalqının və Novruz bayramını keçirən bütün xalqların səadət və xoşbəxtliyini Allah taaladan diləyirəm.
 
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatu”
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru