Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah Xamenei  Şiraz şəhər İmam Cüməsi  Höccətül-İslam Dejkama bu şəhərdə  bir neçə nəfərin ölümü ilə nəticələnən sel və daşqın hadisəsi ilə bağlı başsağlığı verib. 
 
Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, Ayətullah Xamenei faciə qurbanlarının ailəsi və yaxınlarının dərdlərinə ortaq olduğunu bildirib, Allahdan onlara səbr və təskinlik istəyib, dünyasını dəyişmişlərə rəhmət və bağışlanma diləyib. 
 
Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə!  Şirazda bayram günlərində fəlakətlə üzləşmiş və acı çəkən əziz xalqımız və ailələrə dərin hüznlə başsağlığı diləyir, dərdlərinə ortaq olduğumu bildirirəm. Lazımdır ki, siz  mənim salamımı və başsağlığımı  faicə qurbanlarının və yaralıların ailələrinə çatdırasınız.  Zərərçəkmişlərə yardım göstərmək, qəm-qüssələrini azaltmaqda aidiyyatı qurumlarla əməkdaşlıq etməklə yanaşı, onları  bu vəzifələrinin icrası zamanı heç bir təxirə yol verməmək və zəiflik göstərməməyə tövsiyə edin.” 
 
Qeyd edək ki, ötən gün Şirazda baş vermiş  seldə 19 nəfər həyatını itirib, 90-dan çox şəxs isə yaralanıb. 
 

Google+ WhatsApp ok.ru