Ayətullah Sistaninin ofisi adından yalnış məlumatlar yayılır – RƏSMİ

Ayətullah Sistaninin ofisi adından yalnış məlumatlar yayılır – RƏSMİ

Aəytullah Sistaninin dəftərxanası (ofis) sosial şəbəkələrdə dəftərxananın adından yanlış fətfalar paylaşıldığını bildirib.
 
Maide.Az “İslaminSesi”-ə istinadən xəbər verir ki,  bu barədə Ayətullah Seyyid Sistaninin dəftərxanasından məlumat verilib.
 
Dəftərxanadan bildirilib ki, Teleqramda Ayətullah Sistaninin Dəftərxanası (مكتب السيد السيستاني) adlı səhifə var və bu səhifə bizim adımızdan yalan fətvalar yayır və verilən suallara düzgün olmayan cavablar verir.
 
Ofis buna misal olaraq şaban ayının daxil olmaması baradə paylaşılan xəbəri misal çəkərək bildirib: Şənbə günü rəcəb ayının sonuncu günü olduğu halda bizim adımızdan ayın 29-u olması xəbəri yayılıb.
 
Həmçinin ofis qəti şəkildə bildirib: Möminlər xəbərdar olsunlar ki, hər hansı sosial şəbəkədə bu adda səhifə varsa bizimlə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə bizim heç bir sosial şəbəkədə fəaliyyətimiz yoxdur.
 
Xatırladaq ki, həm Teleqamda, həm də Twtterdə bu adda səhifələr “fəaliyyət” göstərir.

Google+ WhatsApp ok.ru