Ayətullah Xamenei: ‵Xalqın birliyi düşmənin fitnələrini onun öz əleyhinə yönəldəcək′

Ayətullah Xamenei: ‵Xalqın birliyi düşmənin fitnələrini onun öz əleyhinə yönəldəcək′

“Qərb istəyir ki, bizim məktəblərdə “onlara xidmət edəcək” əsgər yetişsin. Sonra isə qalstuk taxaraq üzdə “mədəni” görünən, amma çox asanlıqla insanları kütləvi şəkildə qətlə yetirə bilən amansız qatillərə kölə olsunlar.”
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir bu sözləri Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün müəllimlər günü münasibətilə keçirilən görüşdə deyib. 
 
Ayətullah Xamenei bildirib ki, xalqın birliyi düşmənin fitnələrini öz əleyhinə və zərərinə yönəldəcək. “Bu gün düşmən bizə iqtisadi və siyasi baxımdan zərbə endirməyə, ölkə daxilinə nüfuz əldə etməyə çalışaraq zərbə vurmaq istəyir. Bunun üçün  müxtəlif vasitələrdən, o cümlədən virtual aləmdən istifadə edir. ABŞ və sionizm bütün sahələr üzrə proqram hazırlayaraq, həyata keçirməklə məşğuldurlar. Bu sadəcə ABŞ-ın hazırkı hökumətinə aid olan məsələ deyil.”
 
Ayətullah Xamenei qeyd edib ki, bu hücumlar qarşısında xalqımız da döyüş forması almalıdır. “Bütün rəsmi şəxslər, o cümlədən hər bir vətəndaş çalışdığı sahədən asılı olmayaraq savaş meydanına daxil olmağa hazır olmalıdır. Çünki düşmən zahirdə hərbi savaş elan etməsə də, hərbçilərimiz tam hazırlığa malikdirlər.”
 
Ayətullah Xamenei onu da əlavə edib ki, bu gün İran elm sahəsində  dünyanın inkişaf etmiş ölkələrindən sayılır.
 
 

 

Google+ WhatsApp ok.ru