Ayətullah Şeyx İsa Qasim Bəhreyn xalqına müraciət etdi 06 May 2019 12:15 Dünya Bəhreynin nüfuzlu din xadimi və liderlərindən olan Ayətullah Şeyx İsa Qasim öz xalqına mesaj ünvanlayıb. Ayətullah Şeyx İsa Qasim müraciətində vurğulayıb ki, Bəhreyn kiçik dövlət olmasına baxmayaraq bu gün imperialistlərin hədəfindədir. “Ölkəmizi azlıqda olan Ali Xəlifə xanədanı idarə edir. Bu xanədən əslən Səudiyyə Ərəbistanındandır. Bu xanədən ölkəni qərb dövlətləri kimi etmək istəyir. Onlar bizim mənəvi dəyərlərimizi dəyişdirməyə çalışırlar. Lakin biz buna icazə verməyəcəyik”, - deyə Ayətullah Şeyx İsa Qasim diqqətə çatdırıb. Şiələrə qarşı ayrı-seçkilik reallaşdırıldığını vurğulayan Ayətullah Şeyx İsa Qasim bildirib ki, Bəhreyndə hazırda 5 min siyasi məhbus var. “Bu adamlar hökumətə etiraz etdiklərinə görə həbs olunublar. Bu həbslər qarşısında bir çox insan haqları təşkilatları susurlar”, - deyə Ayətullah Şeyx İsa Qasim vurğulayıb. O qeyd edib ki, Bəhreyn xalqı başlatdığı etiraz dalğasını davam etdirəcək və rejim qarşısında geri addım atmayacaq. “Ali Xəlifə rejimini çox əziz dostu Səudiyyə Ərəbistanı hökuməti xilas edə bilməyəcək. Çünki bizim xalqımız mübariz və qətiyyətlidir”, - deyə Ayətullah Şeyx İsa Qasim sözlərinə əlavə edib. /eastnews.org/ Teqlər : #Ayətullah,#Şeyx,#İsa,#Qasim,#Bəhreyn,#xalqına,#müraciət,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda avtobus yanıb, azı 8 nəfər həlak olub İstanbulda yenidən bələdiyyə seçkiləri keçiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO