Ayətullah Xamenei: ‘ABŞ ilə İran arasında gərginlik müharibə ilə nəticələnməyəcək’ - FOTO

Ayətullah Xamenei: ‘ABŞ ilə İran arasında gərginlik müharibə ilə nəticələnməyəcək’ - FOTO

"Biz iradəmizdə daha güclüyük. Çünki özümüzə inamdan başqa Allaha da təvəkkül edirik.” 
 
Maide.Az “leader.ir”ə istinadla xəbər verir ki, bu sözləri Ali Rəhbər Ayətullah Seyid  Əli Xamenei ABŞ ilə İran arasında olan son gərginliyə münasibət bildirərkən deyib.
 
Hər hansı müharibə ehtimalinı istisna edən  Ayətullah Xamenei ABŞ ilə istənilən danışıqların mümkün olmayacağını diqqətə çatdırıb. “ABŞ-la danışıqlar zəhərdir. Rəsmi Vaşinqton İran xalqına qarşı düşmən mövqeyində olduğu müddətdə hər hansı danışıqların olması mümkün deyil. Çünki  ABŞ-ın yeganə istədiyi  İranın müdafiə gücünü və ya regional strateji maraqlarını azaltmaqdır.  Onlar İranın müdafiə silahları barədə danışıqlar aparmaq istəyir. Deyirlər niyə görə siz bəlli məsafəni vura bilən raketlər istehsal edirsiniz. Mənzili azaldın ki, bizim bazaları vura bilməyəsiniz. Bu cür danışıqlar kökündən yalnışdır. Təbii ki, biz bu müzakirə ardınca getmirik”. 
 
Ayətullah Xamenei qeyd edib ki, ABŞ ilə İran arasında istənilən gərginlik müharibə ilə nəticələnən deyil. "İran xalqı üçün yeganə yol müqavimətdir ki, bunun qarşısında ABŞ geri çəkilməli olacaq. Həm biz, həm də onlar bilir ki, müharibə onların maraqlarında deyil.  ABŞ İslam İnqilabın ilk günündən bu günə kimi bizimlə düşmənçilik edib. Lakin bu gün düşmənçilik aşkar formadadır. İndi aydın şəkildə hədələyirlər.  Amma bu da bəllidir ki,  uca səslə hədələyən şəxs, əslində o qədər də  güclü deyil. ABŞ rəsmiləri  sionist rejimin mənafeyini hər bir dövlətin maraqlarından üstün tuturlar.  Bir çox  işlərin əmri  sionistlər cəmiyyətindən verilir.”
 
Ayətullah Xamenei əlavə edib ki, iki ölkə arasında qarşıdurma yalnız iradə əsasındadır və nəticədə İran qalibi olacaq.
 
ABŞ-ın səs-küy salmağa məcbur olduğunu bildirən Ayətullah Xamenei qeyd edib ki, bu gün İran xalqının  ABŞ-a qarşı nifrəti 10 dəfə artıb. “Onların İran İslam Respublikasının mənafeyinə yaxınlaşması əlçatmaz forma alıb. Bizim gənclərimizin ölkəni qorumaq üçün  hazırlığı  artıb və  hərbiçilərimzin diqqəti daha da çoxalıb.”
 
Ayətullah Xamenei  ABŞ prezidentinin bəyanatına da sərrars cavab verib. “Deyir ki, hər cümə Tehranda hökümət əleyhinə mitinqlər keçirilir. Əvvəla cümə yox, şənbə günü. İkincisi, Tehranda deyil, Parisdə.”
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru