Ayətullah Xameneinin ofisi: 5 İyun Fitr bayramı günüdür

Ayətullah Xameneinin ofisi: 5 İyun Fitr bayramı günüdür


Şəvval ayı müşahidə olunduğu üçün  İyun ayının 5-i Şəvval ayının 1-ci günü və Fitr bayramı günüdür.

Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər  Ayətullah Seyid Əli Xameneinin ofisi yanında ayın müəyyən edilməsi üzrə komitə məlumat verib.

Məlumata görə, 100-dən çox ekspert qrupu ayın müəyyənləşdirilməsi üzrə işlər aparıb.
"Mübarək Ramazan ayında  tutulan oruclar və edilən ibadətlərin qəbul olunması arzusu ilə,  elən edirik ki,  ölkənin bir neçə bölgəsində  verilən  dəqiq məlumatlara görə,  Şəvval ayının ayı bu gün  görünüb  və  Ali Rəhbər Ayətullah Xamenei cənablarına  ayın görünməsi sabit olub.  Buna görə də, sabah (İyun ayının 5-i)  Fitr bayramı günüdür.

Bu bayram münasibəti ilə  bütün  mömin qardaş və bacıları  təbrik edirik.  Fitr bayramı namazı  ölkənin bütün bölgələrində  qılınacaq."
Qeyd edək ki, Fitir bayramı namazı sabah Tehranda Ali Rəhbər Ayətullah Xameneinin imamətliyi ilə  saat 8.30-da qılınacaq.

Google+ WhatsApp ok.ru